Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhməd ilə korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlığı müzakirə ediblər.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.
 

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin korrupsiya hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması və ibtidai araşdırmaların aparılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.


Bu sahədə həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindən biri kimi "ASAN xidmət" modelinin əhəmiyyətini vurğulayan Baş prokuror qeyd edib ki, bu model dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılmasına və korrupsiya risklərinin azaldılmasına xidmət edən səmərəli idarəetmə mexanizmidir.

Görüş çərçivəsində Azərbaycan ilə İƏT arasında münasibətlərin ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanaraq, Azərbaycanın təşkilat çərçivəsində fəal iştirakı və İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr qeyd olunub.

Baş prokuror, həmçinin, oktyabrın 27–28-də Bakıda keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün əhəmiyyətini vurğulayaraq, tədbirin Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsinə və əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.
 

Tərəflər korrupsiyaya qarşı mübarizənin cəmiyyətin sabitliyinin təmin olunması, dövlətlərin davamlı inkişafı və iqtisadi dayanıqlılığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlərin müvafiq qurumları arasında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.


İƏT-in Baş katibi qonaqpərvərliyə, səmimi qəbula və Bakıda keçiriləcək yüksəksəviyyəli görüşün təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin təşkilat çərçivəsində hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni platformada inkişaf etdirilməsi ilə bağlı Azərbaycanın Baş Prokurorluğunun təşəbbüsünü tam dəstəklədiyini vurğulayıb, eləcə də tədbirin uğurlu təşkilinə və səmərəli nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO

Pyerluici Kollina Bakıda - VİDEO

Pyerluici Kollina Bakıda - VİDEO

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO