40 ildir sanksiyalarla yaşayan ölkə - İRAN  

Rusiyanı getdikcə İranla müqayisə edirlər. Bu ölkə də təbii sərvətlərlə zəngindir və əhalisi yaxşı təhsillidir. Lakin oxşarlıqlar bununla bitmir. İran illərdir ki, sanksiyalar altında yaşayır.   

Bizim.Media İranın tətbiq olunan sanksiyaların təsirindən necə qorunduğunu araşdırıb.

Tehranın Qərblə maliyyə müharibəsi 40 ildən çoxdur başlayıb.    

İrana qarşı ilk sanksiyalar 1979-cu ildə yeni hökumətin radikal tərəfdarlarının Amerika səfirliyini ələ keçirərək 52 nəfəri girov götürməsindən sonra ABŞ tərəfindən tətbiq edilib. Həmin vaxt İranın ABŞ banklarındakı bütün aktivləri, o cümlədən qızıl dondurulmuş, ABŞ vətəndaşları və müəssisələrinin İranla işgüzar əlaqələri qadağan edilmiş, İrandan idxala, o cümlədən neft alışına və ölkəyə hər hansı malların tədarükünə (tibbi və qida məhsulları istisna olmaqla) embarqo qoyulub. 1981-ci ildə iranlılar amerikalı girovları azad etdikdən sonra İranın aktivləri qismən qaytarıldı və ticarət embarqosu qaldırıldı.    
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda İranla tarixi MEMORANDUM - Şərqi Zəngəzurdan Naxçıvana yol açılır - FOTO


Lakin 2000-ci illərin əvvəllərində ABŞ terrorizm və kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün İrana yenidən sanksiya tətbiq etməyə başladı. 2003-cü ildə Beynəlxalq Atom Enerjisi Agentliyi İranda qeydiyyatdan keçməmiş nüvə obyektlərinin olduğunu təsdiqlədi.

Bu səbəblə Aİ və BMT İrana sanksiya tətbiqinə qərar verdi.   

Belə ki, BMT 2006-cı ildə  2007-2010-cu illər arasında nüvə materiallarının və əlaqədar avadanlıqların ölkəyə idxalını və ixracını, nüvə yanacağını zənginləşdirmə zavodlarına, uran mədənlərinə və nüvə silahı ilə bağlı digər texnologiyalara investisiya qoyuluşunu qadağan etdi. Avropa İttifaqı isə 2010-cu ildə  neft-qaz və neft emalı sənayesi üçün avadanlıqların tədarükünə, silah yaratmaq üçün istifadə oluna biləcək istənilən texnologiyanın satışına, İran bankları və vətəndaşları üçün Aİ-də hesabların açılmasına və İran hökumətinə kreditlər verilməsinə qadağa qoyub.   
 

2011-ci ilin sonunda ABŞ İranın mərkəzi bankına qarşı sanksiyalar tətbiq etdi və 2012-ci ildə İran banklarının SWIFT ilə əlaqəsi kəsildi. 2012-ci ildə Aİ ABŞ-ın İrana neft embarqosuna qoşuldu və həmçinin İran mərkəzi bankının ittifaqdakı aktivlərini dondurdu.   


Lakin 2015-ci ildə Tehran ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya ilə "nüvə sazişi" bağladı və bu saziş bütün sanksiyaların tamamilə ləğvi müqabilində İranın nüvə proqramını məhdudlaşdırdı.   

2018-ci ildə isə ABŞ Tehranı sazişin şərtlərinə əməl etməməkdə ittiham edərək birtərəfli qaydada sazişdən çıxdı və İrana qarşı ən sərt sanksiyaları bərpa etdi.

Qadağalar İrana nağd dolların satışı və köçürülməsi, onunla qızıl və qiymətli metallarla ticarət, İran rialı ilə əməliyyatlar, mərkəzi bank ilə əməliyyatlar, İrandan enerji ehtiyatlarının və digər mühüm sektorların məhsullarının (avtomobil istehsalından xalça istehsalına) ixracını əhatə edirdi. 2018-ci ildə sanksiyaların bərpasından sonra İran iqtisadiyyatı iki illik tənəzzül dövrünə daxil oldu.   

Hazırda da İran IP ünvanı ilə “Apple Store”dan alış-veriş etmək mümkün deyil. Bu problemi həll etmək üçün isə iranlılara “Apple” hədiyyə kartları satan startaplar yaranıb. Ölkədə Slack, Amazon və Google veb xidmətləri mövcud deyil.    
 

İranlılar VPN-lərdən istifadə edən qlobal şirkətlərin avadanlıqları və proqram təminatı ilə işləməyə başladılar, sonra isə əlçatmaz məhsulların milli analoqlarını hazırlamağa başladılar.


Lakin iranlılar yüksək inflyasiya dalğası və kapitalın xaricə çıxarılmasına qoyulan məhdudiyyətlər səbəbilə yerli istehsala kütləvi şəkildə sərmayə qoydular. Yerli investorlar şirkətləri iflasdan xilas etdi və üç il əvvəl Tehran Birjası dünyada ən sürətlə inkişaf edən birja oldu.   

Ölkə əhalisi Qərb istehsalçılarından yeni məhsulların, o cümlədən “iPhone”ların tədarükünü mümkün etdilər, xaricə pul göndərməyi öyrəndilər və Qərb xidmətlərini yerli analoqları ilə əvəz etdilər: Facebook əvəzinə Cloob, YouTube əvəzinə Aparat.   

Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədqiqatçısı Adlan Marqoyev də məsələ ilə bağlı fikrini bölüşüb:

"İran təcrübəsi göstərir ki, iqtisadi fəaliyyəti dəstəkləyən bütün sistemlərin yerli 
analoqları olmalıdır. Ödəniş sistemi, sosial şəbəkələr, populyar tətbiqləri olan alternativ onlayn mağaza və s.. Amma tam idxalın əvəzlənməsi qeyri-mümkündür” .  



Anara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın “ən bahalı zərbəsi” – Rusiya “yanır”...

Ukraynanın “ən bahalı zərbəsi” – Rusiya “yanır”...

Cəlilabadda Vətən müharibəsi iştirakçısı vəfat etdi

Cəlilabadda Vətən müharibəsi iştirakçısı vəfat etdi

Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)

Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)

Kallas: "Avropanın mövcudluğuna ən böyük təhlükə Rusiyadır" – VİDEO

Kallas: "Avropanın mövcudluğuna ən böyük təhlükə Rusiyadır" – VİDEO

Külli miqdarda dələduzluqda ittiham olunan Elgün Soltanov Azərbaycana EKSTRADİSİYA OLUNDU

Külli miqdarda dələduzluqda ittiham olunan Elgün Soltanov Azərbaycana EKSTRADİSİYA OLUNDU

Rusiya Ukraynada irəliləyir - Daha iki məntəqə İŞĞAL EDİLDİ

Rusiya Ukraynada irəliləyir - Daha iki məntəqə İŞĞAL EDİLDİ

Epşteynin yaxın adamı ölü tapıldı

Epşteynin yaxın adamı ölü tapıldı

Rusiyada deputatlar da hərbi toplanışa CƏLB EDİLƏ BİLƏR

Rusiyada deputatlar da hərbi toplanışa CƏLB EDİLƏ BİLƏR

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Ağıllı dayanacaqlardan ağılsız istifadə edənlər KİMDİR?

Ağıllı dayanacaqlardan ağılsız istifadə edənlər KİMDİR?

Rusiyada din xadimlərinə qarşı yeni dələduzluq SXEMİ

Rusiyada din xadimlərinə qarşı yeni dələduzluq SXEMİ

Varqas yenidən “Neftçi”də - FOTO

Varqas yenidən “Neftçi”də - FOTO

Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü

Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü

MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanda – FOTO

MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanda – FOTO

Yaponiyada anomal isti hava: 14 ölü var, 10 min nəfər xəstəxanaya yerləşdirildi – VİDEO

Yaponiyada anomal isti hava: 14 ölü var, 10 min nəfər xəstəxanaya yerləşdirildi – VİDEO

“ChatGPT” məlumatı tapmaq üçün platformaya KİBERHÜCUM ETDİ

“ChatGPT” məlumatı tapmaq üçün platformaya KİBERHÜCUM ETDİ

Polis təqibindən qaçmaq üçün hərəkətdə olan avtomobildən gölə tullandı – ANBAAN VİDEO

Polis təqibindən qaçmaq üçün hərəkətdə olan avtomobildən gölə tullandı – ANBAAN VİDEO

Rüfət Əhmədzadə vəfat etdi - Təcili

Rüfət Əhmədzadə vəfat etdi - Təcili

Kraliça illərdir küsülü olan ata və oğlu bir araya gətirdi – FOTO

Kraliça illərdir küsülü olan ata və oğlu bir araya gətirdi – FOTO

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

Şahzadə Uilyam Harrinin barışıq cəhdini "riyakar addım" adlandırdı

Şahzadə Uilyam Harrinin barışıq cəhdini "riyakar addım" adlandırdı

Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

End of content

No more pages to load

RADİO