Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Avropa ölkələrinin mövcudluğu üçün təhlükə yaratdığını bəyan edib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Avropa artıq Rusiyadan qaynaqlanan ciddi təhdidlərlə üz-üzədir və buna görə də müdafiə qabiliyyətini gücləndirmək niyyətindədir.
Kallas həmçinin Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa, atəşkəsə nail olmaq üçün danışıqlara başlamağa və ədalətli, davamlı sülhün əldə olunmasına çağırıb.
Bizim.Media