Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində yaşayan 44 günlük Vətən müharibəsinin iştirakçısı Coşğun Təhməzov vəfat edib.
Bizim.Media xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlik səbəbindən bu gün dünyasını dəyişib.
Coşğun Təhməzov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi xidmətlərə görə müxtəlif medallarla təltif olunub.
Mərhum ailədə iki qardaşdan biri olub. Onun kiçik qardaşı hazırda Azərbaycan Ordusunun sıralarında həqiqi hərbi xidmətini davam etdirir.
Sabutay, Bizim.Media, Cənub bürosu