Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki. hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Opel Astra" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub. Zərbənin təsirindən piyada yaxınlıqdakı kanala düşüb.
Avtomobil isə yol kənarındakı ağaca çırpılaraq dayanıb. Ətrafdakı şəxslərin köməyi ilə Turab Şərifov kanaldan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu