İlham Əliyev Roma Papasını təbrik etdi

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir.

Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm.

Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda, Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir.

İnanıram ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, humanizm ideallarının təntənəsi uğrunda ali mənəvi missiyanızda müvəffəqiyyətlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın “ən bahalı zərbəsi” – Rusiya “yanır”...

Ukraynanın “ən bahalı zərbəsi” – Rusiya “yanır”...

Cəlilabadda Vətən müharibəsi iştirakçısı vəfat etdi

Cəlilabadda Vətən müharibəsi iştirakçısı vəfat etdi

Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)

Samirədən Vəfa Şərifovaya sərt ismarıc: "İstəsə, Vəfanın yadına salaram" - (Video)

Kallas: "Avropanın mövcudluğuna ən böyük təhlükə Rusiyadır" – VİDEO

Kallas: "Avropanın mövcudluğuna ən böyük təhlükə Rusiyadır" – VİDEO

Külli miqdarda dələduzluqda ittiham olunan Elgün Soltanov Azərbaycana EKSTRADİSİYA OLUNDU

Külli miqdarda dələduzluqda ittiham olunan Elgün Soltanov Azərbaycana EKSTRADİSİYA OLUNDU

Rusiya Ukraynada irəliləyir - Daha iki məntəqə İŞĞAL EDİLDİ

Rusiya Ukraynada irəliləyir - Daha iki məntəqə İŞĞAL EDİLDİ

Epşteynin yaxın adamı ölü tapıldı

Epşteynin yaxın adamı ölü tapıldı

Rusiyada deputatlar da hərbi toplanışa CƏLB EDİLƏ BİLƏR

Rusiyada deputatlar da hərbi toplanışa CƏLB EDİLƏ BİLƏR

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Ağıllı dayanacaqlardan ağılsız istifadə edənlər KİMDİR?

Ağıllı dayanacaqlardan ağılsız istifadə edənlər KİMDİR?

Rusiyada din xadimlərinə qarşı yeni dələduzluq SXEMİ

Rusiyada din xadimlərinə qarşı yeni dələduzluq SXEMİ

Varqas yenidən “Neftçi”də - FOTO

Varqas yenidən “Neftçi”də - FOTO

Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü

Yol kənarında alver edirdi – Avtomobilin zərbəsindən kanala düşdü

MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanda – FOTO

MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanda – FOTO

Yaponiyada anomal isti hava: 14 ölü var, 10 min nəfər xəstəxanaya yerləşdirildi – VİDEO

Yaponiyada anomal isti hava: 14 ölü var, 10 min nəfər xəstəxanaya yerləşdirildi – VİDEO

“ChatGPT” məlumatı tapmaq üçün platformaya KİBERHÜCUM ETDİ

“ChatGPT” məlumatı tapmaq üçün platformaya KİBERHÜCUM ETDİ

Polis təqibindən qaçmaq üçün hərəkətdə olan avtomobildən gölə tullandı – ANBAAN VİDEO

Polis təqibindən qaçmaq üçün hərəkətdə olan avtomobildən gölə tullandı – ANBAAN VİDEO

Rüfət Əhmədzadə vəfat etdi - Təcili

Rüfət Əhmədzadə vəfat etdi - Təcili

Kraliça illərdir küsülü olan ata və oğlu bir araya gətirdi – FOTO

Kraliça illərdir küsülü olan ata və oğlu bir araya gətirdi – FOTO

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırdı, Kürdəmirdə TUTULDU

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

Putindən yanacaq böhranına REAKSİYA: “Çətinliklər müvəqqətidir” – VİDEO

Şahzadə Uilyam Harrinin barışıq cəhdini "riyakar addım" adlandırdı

Şahzadə Uilyam Harrinin barışıq cəhdini "riyakar addım" adlandırdı

Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

End of content

No more pages to load

RADİO