Ermənistan üçün yolun sonu – İranla Anlaşma Memorandumunun qazandırdığı DİVİDENDLƏR

Martın 11-də Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması istiqamətində Anlaşma Memorandumu imzalanıb. Bu tarixi sənədin imzalanması üçün seçilən təqvim isə Azərbaycan-İran diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə təsadüf edib.

Əminliklə söyləyə bilərik ki, Anlaşma Memorandumu bu 30 il müddətində iki ölkə arasında imzalanan ən yüksək səviyyəli və fövqəladə əhəmiyyətə malik sənəddir. 

Anlaşmanın ən mühüm müddəası isə heç şübhəsiz Şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək və İrandan keçməsi nəzərdə tutulan kommunikasiya bağlantılarının yaradılmasında razılığın əldə olunmasıdır. Onu da qeyd edək ki, kommunikasiyalar çoxşaxəli olmaqla, avtomobil və dəmir yolu, eyni zamanda enerji xətlərini də özündə ehtiva edir. İlk olaraq çəkilməsi nəzərdə tutulan avtomobil yolu isə, Ermənistan-İran sərhədindən cəmi 5 km cənubdan keçəcək. 

Və xüsusi olaraq...

- Avtomobil yolunun İran ərazisindən keçəcək hissəsi rəsmi Tehran tərəfindən maliyyələşdiriləcək;

- Avtomobil yolunun tikintisi ilə paralel olaraq 6 ay müddətində dəmir yolunun da layihəsi hazırlanacaq;

- Anlaşma Memorandumu müddətsiz imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda İranla tarixi MEMORANDUM - Şərqi Zəngəzurdan Naxçıvana yol açılır - FOTO


Anlaşmanın Azərbaycana qazandıracağı ən əsas müsbət dividendlər:

1. Naxçıvan MR-in blokadadan çıxacaq və onun Azərbaycanla daimi bağlantısı yaranacaq. 

2. Elektrik enerjisi istehsalçısı olan Azərbaycan Türkiyə və Avropa bazarına birbaşa çıxış imkanı qazanacaq.

3. Rusiyaya qarşı sanksiyaların artdığı bir vaxtda Asiya-Avropa bağlantısını təmin etmək üçün ən uyğun marşrutun üzərində yerləşən İrandan keçəcək yollar daşımalarda ilk seçimlərdən birinə çevriləcək.

4. Yeni yol Zəngəzur dəhlizinin əhəmiyyətini azaltmayacaq. Əksinə Ermənistan Azərbaycanın şərtləri ilə koridora razılıq verərsə, şaxələndirmə prinsipi baş tutacaq və eyni istiqamət üzrə iki alternativ xətt bu marşrutun perspektivini daha da artıracaq.

Təbii ki, Anlaşma Memorandumunun Azərbaycanın siyasi uğuru kimi rolunu da xüsusi qeyd etmək vacibdir.

Birincisi, bu tarixi sənəd Azərbaycanla İran arasında zaman-zaman yaranan gərginliklərin artıq tarixin tozlu səhifələrinə qarışacağı ehtimalını xeyli gücləndirdir.

İkincisi, Azərbaycan Türkiyə ilə Şuşa, Rusiya ilə müttəfiqlik bəyannaməsini imzaladıqdan sonra, regionun digər böyük gücü olan İranla Anlaşma Memorandumuna imza atmaqla avtomatik olaraq regionun mərkəzi oyunçusuna çevrildiyini təsdiqlədi.

Üçüncüsü, və ən önəmlisi isə Ermənistana və onun havadarlarına verilən tarixi dərslə bağlıdır.

44 günlük savaşın başa çatmasından il yarım vaxt keçsə belə, Ermənistanın regional kommunikasiyalarla bağlı üzərinə düşən öhdəlikləri  faktiki olaraq yerinə yetirməkdən yayındığı göz önündə idi. Azərbaycan isə qalib ölkə olmasına rəğmən uzun müddət Ermənistana qarşı humanizm nümayiş etdirərək, İrəvanı qol qoyduğu sənədlərə imza atmağa məcbur etmədi.
 

İndiki situasiyada Azərbaycanın atdığı addımın Ermənistanın dövlətinin gələcəyinə 44 günlük müharibə qədər ağır zərbə vurduğunu qeyd etsək heç də mübaliğə etmiş olmarıq.


Çünki 44 günlük savaş erməni xalqının böyük itkiləri ilə nəticələnsə də, Ermənistan üçün region ölkələrinə və dünyaya inteqrasiya imkanları açdı. Lakin ermənilər onlara verilən bu imkanı da gözlərini bürümüş revanşizmlə geri təpdilər.

Anlaşma Memorandumu ilə birgə Azərbaycan Ermənistanın özünü tək alternativ kimi qəbul etməsinin verdiyi arxayınlığın cavabını vermiş oldu.

İndi isə əminliklə söyləyə bilərik ki, Ermənistanın özü bu günə kimi yerinə yetirməkdən boyun qaçırdığı bəyanatları tam şəkildə yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edəcək. Əks halda ermənilərin 5 km məsafə ilə qaçırdıqları tarixi şansı izləməkdən başqa çarəsi qalmayacaq. 

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

End of content

No more pages to load

RADİO