Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirildi – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə olunub.
 

Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıblar.


Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8, ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından birini təşkil edib.
 

Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.


Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Eyni gündə Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

Mirzoyan azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

Azərbaycanlı çobanın Ermənistana keçməsinin TƏFƏRRÜATI

Azərbaycanlı çobanın Ermənistana keçməsinin TƏFƏRRÜATI

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib

Altı il öncə bu gün – 21 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 21 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funt sterlinqi ötüb

Britaniyanın dövlət borcu ilk dəfə 3 trilyon funt sterlinqi ötüb

DİQQƏT! Köhnə tikililərdə GÖZLƏYƏN TƏHLÜKƏ - Bu evləri almağa tələsməyin

DİQQƏT! Köhnə tikililərdə GÖZLƏYƏN TƏHLÜKƏ - Bu evləri almağa tələsməyin

Ağdam, Xocalı və Laçın sakinlərinə ŞAD XƏBƏR: Damazlıq heyvanlar paylanılır

Ağdam, Xocalı və Laçın sakinlərinə ŞAD XƏBƏR: Damazlıq heyvanlar paylanılır

Rusiya ABŞ-a ilk dizel tankerini göndərir

Rusiya ABŞ-a ilk dizel tankerini göndərir

Bakıda yeni yol çəkilir - Nəqliyyat sıxlığını azaldacaq

Bakıda yeni yol çəkilir - Nəqliyyat sıxlığını azaldacaq

Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirildi – FOTO

Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirildi – FOTO

Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”

Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”

Kartdan-karta pul köçürmələri ilə bağlı ŞAD XƏBƏR

Kartdan-karta pul köçürmələri ilə bağlı ŞAD XƏBƏR

İcra başçısı üç vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

İcra başçısı üç vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb

Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşdü

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşdü

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı

Xocalının bu kəndlərində yaşayanlara sevindirici xəbər

Xocalının bu kəndlərində yaşayanlara sevindirici xəbər

Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi - FOTO

Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi - FOTO

Rostovda neft terminalına zərbə: 12 çəndən 8-ni zədələnib - VİDEO

Rostovda neft terminalına zərbə: 12 çəndən 8-ni zədələnib - VİDEO

Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO

Leyla Əliyeva Səmərqənddə sammitdə iştirak etdi - FOTO

City Garden Narimanov-da yeni mənzillər: 2 otaqlı studiyadan 3 otaqlıya qədər seçim!

City Garden Narimanov-da yeni mənzillər: 2 otaqlı studiyadan 3 otaqlıya qədər seçim!

Niyə yaşı 60-dan yuxarı olan insanların dostu az olur? - Psixoloqların İZAHI

Niyə yaşı 60-dan yuxarı olan insanların dostu az olur? - Psixoloqların İZAHI

Əhalinin NƏZƏRİNƏ – Qripə qarşı vaksinasiya başlayır – RƏSMİ

Əhalinin NƏZƏRİNƏ – Qripə qarşı vaksinasiya başlayır – RƏSMİ

End of content

No more pages to load

RADİO