60 yaşdan sonra sosial çevrənin kiçilməsi heç də həmişə ünsiyyət problemləri ilə bağlı olmur. Psixoloqlar bildirirlər ki, bu yaşda az dostun olması illərlə başqalarına qayğı göstərmək, emosional tükənmə və həqiqətən vacib münasibətlərə enerji saxlamaq istəyindən irəli gəlir.
Bizim.Media xəbər verir ki, illər boyu yaxınlarına kömək edən və onların problemlərini dinləyən şəxslər eyni dəstəyi qarşı tərəfdən görmədikdə emosional olaraq yorulurlar. Çoxsaylı səthi ünsiyyət insanı yorduğu üçün tək qalmaq güc toplamaq üsuluna çevrilir.
Xüsusilə xroniki xəstəliyi və ya demensiyası olan doğmalarına qulluq edən insanlar daimi stress və vaxt qıtlığına görə dostluq əlaqələrini qorumaqda çətinlik çəkirlər. Dostlarla adi mesajlaşma belə əlavə yük kimi qəbul edilir.
Demensiyalı xəstələrə baxan 223 nəfər (orta yaş 61) arasında aparılan araşdırma göstərib ki, daha çox yaxın dostu olan və mütəmadi ünsiyyətdə olanlar özlərini daha az tənha hiss edirlər.
Psixoloqlar vurğulayırlar ki, yaşlı vaxtlarda dostluğun keyfiyyəti və emosional dərinliyi dostların sayından və ya qarşılıqlı xidmətlərin dəqiq balansı hesablanmasından daha önəmlidir.
Bizim.Media