Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyanat – TAM MƏTN

8 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq Birgə Bəyanat imzalanıb.

Bizim.Media xəbər verir ki, bəyanatda tərəflər Azərbaycan Respublikasının Məşvərət Görüşündə tamhüquqlu iştirakının əhəmiyyətini vurğulayıblar.

Eləcə də, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər.

Sənəddə dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə üzv olduqları digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa, xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Bundan başqa, tərəflər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmət əsasında regional və beynəlxalq təhlükəsizlik sahəsində, o cümlədən terrorizmə, ekstremizmə və radikalizmə, qanunsuz miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə, habelə genişmiqyaslı və transsərhəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində qarşılıqlı fəaliyyəti genişləndirməyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, ticarətin daha da inkişaf etdirilməsinə, investisiya əlaqələrinin dərinləşdirilməsinə, təsərrüfat subyektləri arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin dəstəklənməsinə, müntəzəm biznes forumların və sərgilərin keçirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, habelə regional səviyyədə elektron ticarətin inkişaf etdirilməsinə yardım göstərməyə hazır olduqlarını ifadə etdilər.

Bundan başqa, dövlət başçıları inteqrasiya olunmuş regional nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin prioritet əhəmiyyət daşıdığını qeyd etdilər və “Şərq–Qərb” və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin davamlı iqtisadi artımın və regionlararası əlaqələrin genişləndirilməsinin əsas amilləri kimi əhəmiyyətini vurğulayaraq, öz dövlətlərinin ərazilərindən keçən tranzit-nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinin vacibliyini təsdiq etdilər.

Tərəflər həmçinin iştirakçı ölkələrin enerji sahəsində əldə olunmuş əməkdaşlıq səviyyəsini qeyd etdilər və təcrübə mübadiləsi, o cümlədən Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən enerji dəhlizlərinin inkişafı layihələrinə yönəlmiş yeni layihələrin perspektivlərinin öyrənilməsi əsasında bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə etdilər. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi layihəsinin imkanlarından istifadənin əhəmiyyətini qeyd etdilər. Layihənin məqsədi Mərkəzi Asiyadan yaşıl elektrik enerjisinin Azərbaycan Respublikası vasitəsilə Avropaya ixracı üçün enerji dəhlizinin yaradılmasıdır.

Tərəflər 2025-ci il noyabrın 21-də Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin yaradılmasını alqışladılar və onun Azərbaycanda və daha geniş regionda rəqəmsal innovasiyaların inkişafına, startap ekosistemlərinin dəstəklənməsinə və rəqəmsal transformasiyanın təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyətini qeyd etdilər. Həmçinin vurğuladılar ki, Mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem iştirakçıları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və regionda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Dövlət başçıları eləcə də aşağıdakı sahələrdə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd etdilər və sözügedən istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək verməyə hazır olduqlarını ifadə etdilər:

- qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüsləri həyata keçirmək məqsədilə parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi,

- ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı mübarizə və təbii ehtiyatlardan davamlı istifadənin təşviqi, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və ekosistemlərin, biomüxtəlifliyin qorunması,

- qabaqcıl texnologiyalar, innovasiyalar, rəqəmsal sistemlərin tətbiqi, rəqəmsal transformasiya, süni intellekt və elmi-texniki tərəqqi sahəsində ən yaxşı təcrübələrin mübadiləsi,

- sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli şəraitin yaradılması,

- əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi,

- humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqlarımızı birləşdirən tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği, habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslərin dəstəklənməsi, Mərkəzi Asiya və Azərbaycanın böyük mütəfəkkir və alimlərinin zəngin mənəvi və elmi irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi,

- Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi,

- Turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

Beynəlxalq səyyahlar Şuşada – FOTO

Beynəlxalq səyyahlar Şuşada – FOTO

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi

Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

Bakı “C5”i “C6”ya çevirdi - Azərbaycan yeni güc mərkəzində

Bakı “C5”i “C6”ya çevirdi - Azərbaycan yeni güc mərkəzində

Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

End of content

No more pages to load

RADİO