Diplomatik korpus nümayəndələri Gəncəsər monastırında – FOTO/VİDEO

Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Bizim.Media xəbər verir ki, əvvəlcə nümayəndələr Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verib.
 

Qeyd olunub ki, elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.


Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir.

Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub. Bu dəyərli abidənin inşaat və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxanilər dövlətinin iqtisadi gücündən soraq verir.

Sonra diplomatik korpusun nümayəndələri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Festivalda Madyarın üzünə içki atıldı - VİDEO

Festivalda Madyarın üzünə içki atıldı - VİDEO

Şahmat Olimpiadası: Azərbaycan kişi komandası Rumıniya ilə heç-heçə edib, qadınlar Serbiyanı üstələyib

Şahmat Olimpiadası: Azərbaycan kişi komandası Rumıniya ilə heç-heçə edib, qadınlar Serbiyanı üstələyib

“Fənərbaxça” rəqibini darmadağın etdi

“Fənərbaxça” rəqibini darmadağın etdi

Şimali Koreya iki ballistik raket buraxdı

Şimali Koreya iki ballistik raket buraxdı

Soçidə PUA təhlükəsi: Lolitanın konserti dayandırıldı - VİDEO

Soçidə PUA təhlükəsi: Lolitanın konserti dayandırıldı - VİDEO

Sumqayıtda FACİƏ: Qatar 38 yaşlı kişini öldürdü - VİDEO

Sumqayıtda FACİƏ: Qatar 38 yaşlı kişini öldürdü - VİDEO

Rusiya Kiyevi daha sərt bombalayacağını AÇIQLADI

Rusiya Kiyevi daha sərt bombalayacağını AÇIQLADI

Bakıda ağır ekran adamların üzərinə aşdı: Xəsarət alan var - VİDEO

Bakıda ağır ekran adamların üzərinə aşdı: Xəsarət alan var - VİDEO

Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

Nvidia rəhbəri bəşəriyyətin məhv olacağı ilə bağlı proqnozları "Qiyamət Günü ssenariləri" ADLANDIRDI

Nvidia rəhbəri bəşəriyyətin məhv olacağı ilə bağlı proqnozları "Qiyamət Günü ssenariləri" ADLANDIRDI

Göygöldəki qətlin bəzi DETALLARI açıqlandı

Göygöldəki qətlin bəzi DETALLARI açıqlandı

ABŞ və Çin danışıqlara başladı

ABŞ və Çin danışıqlara başladı

Zelenski Trampla "vacib söhbət" aparacaq

Zelenski Trampla "vacib söhbət" aparacaq

Exit-poll: "Vahid Rusiya" Dövlət Dumasına seçkilərdə yenə liderdir, 5 partiya baryeri keçir

Exit-poll: "Vahid Rusiya" Dövlət Dumasına seçkilərdə yenə liderdir, 5 partiya baryeri keçir

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Göygöldə ər arvadını qətlə yetirdi

Göygöldə ər arvadını qətlə yetirdi

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

Vuçiç Nyu-Yorkda Trampla görüşəcək

Vuçiç Nyu-Yorkda Trampla görüşəcək

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada AfD liderdir

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada AfD liderdir

“Süleymançılar”, “FETO” və Xarici Xüsusi Xidmət Orqanları - FOTO

“Süleymançılar”, “FETO” və Xarici Xüsusi Xidmət Orqanları - FOTO

End of content

No more pages to load

RADİO