Sentyabrın 19-da Soçinin “Festivalnı” konsert zalında müğənni Lolita Milyavskayanın çıxışı dron hücumu xəbərdarlığına görə üç dəfə kəsilib.
Bizim.Media xəbər verir ki, təhlükəsizlik qaydalarına əsasən tamaşaçılar zaldan sığınacaqlara təxliyə edilib.
Şəhər administrasiyasının xəbərdarlığından sonra yaranan təxminən iki saatlıq fasilənin ardından təhlükə aradan qalxıb, dinləyicilər zala qayıdıb və konsert davam etdirilib.
Bizim.Media