Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada AfD liderdir

Bu gün Almaniyanın iki federal əyalətində - paytaxt Berlində və Meklenburq-Ön Pomeraniyada keçirilən seçkilərdə ilkin nəticələr açıqlanıb.

Bizim.Media xəbər verir ki, Berlində yerli qanunverici orqan olan Deputatlar Evinə seçkilərin ilkin nəticələrinə əsasən, əsas namizədi Türkiyə əsilli Elif Eralpın olduğu Sol Partiya 24,8 faiz səslə liderlik edir. Partiya əvvəlki seçkilərlə müqayisədə öz nəticəsini iki dəfə yaxşılaşdırıb.
 

Xristian Demokratlar İttifaqı (CDU) 20 faiz səslə ikinci, Almaniya üçün Alternativ (AfD) partiyası 15,7 faizlə üçüncü sıradadır. Yaşıllar Partiyası səslərin 15 faizini, Sosial Demokratlar Partiyası (SPD) 12 faizini, Sahra Vaqenknext İttifaqı (BSW) isə 5 faizini toplayıb. Azad Demokratlar Partiyası (FDP) 2,4 faiz səslə müəyyən edilmiş həddi keçə bilməyib. Digər partiyalar isə ümumi səslərin 5,1 faizinə sahib olublar.


Bu vəziyyətdə 159 yerlik Deputatlar Evində Sol Partiya 43, CDU 34, AfD 27, SPD 21, BSW isə 8 mandat qazanır.

Meklenburq-Ön Pomeraniya əyalətində keçirilən seçkilərdə isə gözlənildiyi kimi AfD birinci partiya olub. İfrat sağçı partiya səslərin 37,1 faizini toplayıb. Partiya əvvəlki seçki ilə müqayisədə 20 faiz çox səs toplayıb. Əyalətin hazırkı Baş naziri Manuela Şveziqin partiyası SPD 35,6 faiz səslə ikinci olub. Sol Partiya 7,4 faiz, Yaşıllar 5,5 faiz, CDU 5,4 faiz, BSW 5 faiz səs toplayıb. Bununla da 71 yerlik əyalət parlamentində AfD 27, SPD 26, Sol Partiya 6, CDU, Yaşıllar və BSW hər biri 4 mandat qazanırlar.

Qeyd edək ki, Elif Eralp qurulacaq koalisiya hökumətinə rəhbərlik edəcəyi təqdirdə Berlinin miqrant əsilli ilk bələdiyyə sədri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Göygöldə ər arvadını qətlə yetirdi

Göygöldə ər arvadını qətlə yetirdi

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

Vuçiç Nyu-Yorkda Trampla görüşəcək

Vuçiç Nyu-Yorkda Trampla görüşəcək

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada AfD liderdir

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada AfD liderdir

“Süleymançılar”, “FETO” və Xarici Xüsusi Xidmət Orqanları - FOTO

“Süleymançılar”, “FETO” və Xarici Xüsusi Xidmət Orqanları - FOTO

Ukraynada yeraltı marşrutlar çəkiləcək - Ön xətdə bölmələrin təchizatı çətinləşib

Ukraynada yeraltı marşrutlar çəkiləcək - Ön xətdə bölmələrin təchizatı çətinləşib

Xankəndi şəhərində möhtəşəm atəşfəşanlıq - FOTO

Xankəndi şəhərində möhtəşəm atəşfəşanlıq - FOTO

"Real Madrid" derbidən məğlub ayrıldı - VİDEO

"Real Madrid" derbidən məğlub ayrıldı - VİDEO

Xaçmazdan Bakı gələn avtobusda yanğın oldu - FOTO

Xaçmazdan Bakı gələn avtobusda yanğın oldu - FOTO

Microsoft milyonlarla kompüterdə Windows 11-in bir versiyasına dəstəyini dayandırır

Microsoft milyonlarla kompüterdə Windows 11-in bir versiyasına dəstəyini dayandırır

Rusiya Tu-95 bombardmançı təyyarələrini tədricən itirir

Rusiya Tu-95 bombardmançı təyyarələrini tədricən itirir

Cəlilabadda "Toyota Prado" yoldan çıxaraq aşdı

Cəlilabadda "Toyota Prado" yoldan çıxaraq aşdı

Cəlilabadda qədim yaşayış məskənində ocaq qurğuları TAPILDI - FOTO

Cəlilabadda qədim yaşayış məskənində ocaq qurğuları TAPILDI - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bu qəsəbədə təmir işləri aparılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu qəsəbədə təmir işləri aparılacaq

Xocavənd şəhərində atəşfəşanlıq - VİDEO

Xocavənd şəhərində atəşfəşanlıq - VİDEO

Xankəndidə intellektual mühit formalaşır - Şahin Bayramov

Xankəndidə intellektual mühit formalaşır - Şahin Bayramov

Göygöldə qəza: Yaralılar var

Göygöldə qəza: Yaralılar var

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazandı - FOTO

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazandı - FOTO

İraqda İŞİD-lə əlaqədə olan 6 Fransa vətəndaşının məhkəməsi başlayıb

İraqda İŞİD-lə əlaqədə olan 6 Fransa vətəndaşının məhkəməsi başlayıb

End of content

No more pages to load

RADİO