"Bloomberg" agentliyinin məlumatına görə, ABŞ və Çin rəsmiləri Donald Tramp və Si Szinpinin qarşıdakı görüşü öncəsi mümkün razılaşmaları hazırlamaq məqsədilə Nyu-Yorkda danışıqlara başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Manhettendə "JPMorgan Chase"in mənzil-qərargahında baş tutan görüşdə ABŞ-ın maliyyə naziri Skott Bessent və Çinin baş nazirinin müavini Xe Lifen iştirak edirlər.
Tərəflər noyabrda müddəti bitən ticarət barışığını uzatmaq, tarifləri tənzimləmək, süni intellekt təhlükəsizliyi qaydalarını müzakirə etmək və nadir torpaq metallarının tədarükünü yaxşılaşdırmaq üçün səy göstərirlər.
Vaşinqton həmçinin Çinin ABŞ-dan kənd təsərrüfatı məhsulları və "Boeing" təyyarələrinin alışını artırmasına çalışır. Bu müzakirələr Çin liderinin ABŞ-a planlaşdırılan dövlət səfəri və Trampla gözlənilən görüşü öncəsi zəmin yaradır.
Bizim.Media