Bakıda keçirilən kütləvi tədbirlərin birində təhlükəli insident qeydə alınıb.
Bizim.Media xəbər verir ki, 6-cı Paralel küçəsində təşkil olunan tədbir zamanı iri ölçülü LED ekran qəfil iştirakçıların üzərinə çöküb.
Şahidlərin sözlərinə görə, ağır konstruksiyanın yıxılması nəticəsində bir qadın ciddi xəsarət alıb. Hadisənin başvermə səbəbləri və xəsarət alanın vəziyyəti ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə məlumat verilməyib.
Bizim.Media