Şuşada Meksikanın Müstəqillik Günü qeyd olundu - FOTO/VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə sentyabrın 11-də Şuşa şəhərində Meksikanın Müstəqilliyi Günü münasibətilə təntənəli mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Meksika və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoria Romero Kabalyero bildirib ki, Azərbaycan ilə Meksika arasında siyasi dialoq genişlənir, institusional əlaqələr artır və yeni əməkdaşlıq imkanlarına qarşılıqlı maraq var. Səfir Azərbaycan nümayəndə heyətlərinin Meksikaya səfərlərinin ikitərəfli münasibətlərə yeni dinamika verdiyini qeyd edib.

Diplomat iki ölkənin yeni əməkdaşlıq istiqamətlərini qarşılıqlı şəkildə araşdırmaqda maraqlı olduğunu vurğulayıb. Səfir, həmçinin bu il diaspor məsələləri, eləcə də müdafiə və təhlükəsizlik sahəsində iki mühüm sazişin əldə edildiyini diqqətə çatdırıb.

Mariya Viktoria Romero Kabalyero Azərbaycan ilə Meksika arasında iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə möhkəmləndiyini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb.
 

Səfir vurğulayıb ki, Azərbaycan və Meksika dünyanın strateji əhəmiyyətli regionlarında yerləşən dinamik iqtisadiyyatlara malikdir. Diplomatın sözlərinə görə, tərəflər investisiya və ticarət dövriyyəsini artırmaq, o cümlədən Meksikanın ən xarakterik məhsullarının Azərbaycan bazarına idxalını davam etdirmək niyyətindədirlər. Səfir mövcud potensialın daha geniş və səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.


Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında bildirib ki, işğal dövründə Meksikanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Meksika arasında münasibətlərin təməlində qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik dayanır.

“Azərbaycan torpaqları işğal altında olduğu zaman Meksikanın tamamlı və qətiyyətlə nümayiş etdirdiyi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətindəki mövqeyi xüsusi əhəmiyyət daşıyırdı”, – deyə Prezidentin köməkçisi vurğulayıb. Qeyd edib ki, məhz bu prinsiplər Azərbaycan-Meksika münasibətlərinin möhkəm təməlini təşkil edir.
 

Hikmət Hacıyev iki ölkə arasında siyasi məsləhətləşmələrin və siyasi dialoqun davam etdirildiyini, beynəlxalq gündəmdəki məsələlərə münasibətdə tərəflərin bir sıra mövqelərinin üst-üstə düşdüyünü diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan ilə Meksika arasında iqtisadi-ticari, mədənçıxarma və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.


Azərbaycan ilə Meksika arasında coğrafi məsafə olsa da, bu məsafə ikitərəfli münasibətlərin inkişafına maneə yaratmır. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın üzə çıxarılması hər iki ölkənin maraqlarına cavab verir.

“Bu zəngin potensialın üzə çıxarılması ölkələrimizin mənafeyi naminə imkanlar yaradır”, – deyə Prezidentin köməkçisi bildirib.

Hikmət Hacıyev, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Meksika arasında sıx əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu deyib. Diqqətə çatdırıb ki, Meksikanın Milli Müstəqillik Gününün ikinci dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd olunması Azərbaycan-Meksika münasibətlərində yeni ənənənin əsasını qoyur.

O, Meksikanın Azərbaycandakı səfirinə bu təşəbbüsə görə təşəkkürünü bildirib.

“Artıq ikinci dəfədir ki, Meksikanın Milli Müstəqillik Günü məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilir. Bu, bizim diplomatik təcrübəmizdə yeni ənənənin əsasını qoyur”, – deyə Prezidentin köməkçisi bildirib. O qeyd edib ki, Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra diplomatik fəaliyyət baxımından yeni şəhərlər və yeni məkanlar yaranıb və bu, Azərbaycanın diplomatik coğrafiyasını əhəmiyyətli dərəcədə zənginləşdirib. Hikmət Hacıyev xarici ölkələrin diplomatik nümayəndəliklərini gələcəkdə Şuşada və Azərbaycanın digər şəhərlərində bu kimi təşəbbüslərə qoşulmağa dəvət edib.

“Şuşa diplomatik paytaxtlardan biri kimi özünü göstərir, artıq digər ölkələrin şəhər günlərinin Şuşada keçirilməsi bunun göstəricisidir”, - deyə Hikmət Hacıyev vurğulayıb. O, Şuşanın azərbaycanlılar tərəfindən ən çox ziyarət edilən, xarici qonaqların da böyük maraq göstərdiyi şəhərlərdən biri olduğunu vurğulayıb.

Sonra tədbirdə Meksikanın milli rəqs nömrələri nümayiş etdirilib, Azərbaycanın zəngin musiqi irsini əks etdirən ifalar səsləndirilib.

Qeyd edək ki, Şuşa artıq Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, diplomatik görüşlərin və beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkanlardan birinə çevrilib. Bu gün burada Meksikanın Müstəqillik Gününün qeyd olunması, eləcə də müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrin əlamətdar bayramları ilə bağlı tədbirlərin təşkili şəhərin siyasi və diplomatik əhəmiyyətinin növbəti təzahürüdür.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir – QƏRAR

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir – QƏRAR

Cəlilabadda güclü yanğın

Cəlilabadda güclü yanğın

Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar AŞKARLANDI?

17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar AŞKARLANDI?

Azad edilmiş ərazilərdə daha 269 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 269 mina aşkarlandı

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

Narkotik istintaqı çərçivəsində saxlanılan aktrisanın ifadəsi yayıldı - Aylıq gəliri diqqət çəkdi

Narkotik istintaqı çərçivəsində saxlanılan aktrisanın ifadəsi yayıldı - Aylıq gəliri diqqət çəkdi

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Ürək üçün ən faydalı üç qida

Ürək üçün ən faydalı üç qida

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

Bakıda iki bağça fəaliyyətə başladı – FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

iPhone 18 Pro-nun kamerası dünyada 2-cidir: Bəs 1-ci yerdə hansı smartfondur? - FOTO

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Dünyanın ən uzun kruizi artıq başladı - Sərnişinlər bir ildən çox laynerdə yaşayacaq

Sovet dövründə Azərbaycan tarixi necə təhrif olundu? - Tarixçi alimdən AÇIQLAMA

Sovet dövründə Azərbaycan tarixi necə təhrif olundu? - Tarixçi alimdən AÇIQLAMA

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Fərhad Məmmədov: “Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir”

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı – FOTO/VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

Tehranda maraqlı mənzərə: Hicabsız qadın marafonu – VİDEO

End of content

No more pages to load

RADİO