Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasını Ər-Riyadda keçirilən “Money20/20 Middle East” tədbirində nümayiş etdirib.

Tədbirdə çıxış edən Bir ekosisteminin rəhbəri Fərid Hüseynov Bir-in Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidində oynadığı mühüm rolundan danışıb.

O, 5 milyondan çox istifadəçiyə xidmət göstərən Bir ekosisteminin gündəlik maliyyə və istehlak təcrübələrini daha rəqəmsal və əlçatan etməyə yönəlmiş yanaşmasını iştirakçıların diqqətinə çatdırıb. Ağıllı maliyyə institutlarının inkişafı, fintex layihələrinin genişləndirilməsi və rəqəmsal ödənişlərin gələcəyi kimi aktual mövzuların müzakirə olunduğu “Executive”, “Bridge” və “Off-the-Record” səhnələrində çıxış edən Fərid Hüseynov “Google”, “Deutsche Bank” və “BlackRock” kimi qlobal texnologiya və maliyyə nəhənglərinin rəhbərləri ilə fikir mübadiləsi aparıb.
 

Nağd ödəniş ənənələrinin hələ də güclü olduğu bazardakı təcrübəyə əsaslanan Fərid Hüseynov rəqəmsal xidmətlərə etimadın formalaşdırılması və fərqli istifadəçi qruplarının ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb.


Məhz bu məqsədlə Bir ekosistemi Birbank mobil tətbiqi və m10 rəqəmsal pulqabı kimi xidmətləri, həmçinin müştərilərə hesablarını nağd şəkildə ödəməyə imkan verən Milliön terminalları da daxil olmaqla, geniş fiziki infrastrukturla birləşdirərək istifadəçilərin rəqəmsal mühitə tədricən və rahat keçidini təmin edir. Eyni inklüziv yanaşma yaşlı nəsil və xüsusi qayğıya ehtiyacı olan (məsələn, eşitmə məhdudiyyətli) şəxslərə də şamil edilir: onlara həm tətbiqdaxili əlçatanlıq funksiyaları, həm də filiallarda ənənəvi müştəri dəstəyi təklif olunur.

Fərid Hüseynov tədbirlə bağlı təəssüratlarını bölüşərək qeyd edib: “Money20/20 texnologiya və maliyyə sektorunun innovasiyalarına həsr olunmuş ən nüfuzlu qlobal platformalardan biridir. Ər-Riyaddakı panel sessiyalarında Azərbaycanın bu sahədəki böyük potensialını və iqtisadiyyatımızın sürətli rəqəmsallaşma prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mənim üçün vacib hadisə idi. Rəqəmsal transformasiya alış-verişdən tutmuş ölkədaxili və beynəlxalq pul köçürmələrinə, ictimai nəqliyyatda ödənişlərə qədər geniş bir sahəni əhatə edir.

Tədbirdə nümayiş etdirilən yüksək marağı görmək və dünyanın aparıcı texnologiya və maliyyə institutlarından olan həmkarlarla fikir mübadiləsi aparmaq olduqca xoş idi”.

Üç gün davam edən və 30 mindən çox iştirakçını bir araya gətirən konfransda quraşdırılmış maliyyə (embedded finance), dəyişən müştəri ehtiyacları, fintex həllərinin qlobal miqyasda tətbiqi və maliyyə xidmətlərində süni intellektdən istifadə kimi sənayenin ən aktual mövzuları müzakirə olunub. Rəqəmsal məkanda böyük inkişaf potensialına malik ölkədə rəqəmsal platformaları uğurla özündə birləşdirən ekosistem qurmağın üstünlüklərini və bu yoldakı çağırışları önə çəkən Bir tədbirdə fərqli yanaşma təqdim edib.
 

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.


Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

"Doktorlar"ın “Ela” və “Levent”i 18 ildən sonra bir arada: "Qisas alındı" – VİDEO

"Doktorlar"ın “Ela” və “Levent”i 18 ildən sonra bir arada: "Qisas alındı" – VİDEO

Cavid Hüseynov istefaya göndərildi

Cavid Hüseynov istefaya göndərildi

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

“Yeni ulduz”un münsifləri və aparıcısı bəlli oldu

“Yeni ulduz”un münsifləri və aparıcısı bəlli oldu

Üç gün əvvəl döyülən 16 yaşlı Emil xəstəxanada VƏFAT ETDİ

Üç gün əvvəl döyülən 16 yaşlı Emil xəstəxanada VƏFAT ETDİ

Avtobusda boş yer olmayanda sərnişinə bildiriş göndəriləcək – YENİLİK

Avtobusda boş yer olmayanda sərnişinə bildiriş göndəriləcək – YENİLİK

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir – QƏRAR

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir – QƏRAR

Cəlilabadda güclü yanğın - FOTO

Cəlilabadda güclü yanğın - FOTO

Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar AŞKARLANDI?

17 əczaçının qanunsuz fəaliyyəti İFŞA OLDU – Hansı nöqsanlar AŞKARLANDI?

Azad edilmiş ərazilərdə daha 269 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 269 mina aşkarlandı

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

Həsən Həsənov: “Tanrıçılığa yaxın olduğu üçün albanların çoxu islamı qəbul etdi”

Narkotik istintaqı çərçivəsində saxlanılan aktrisanın ifadəsi yayıldı - Aylıq gəliri diqqət çəkdi

Narkotik istintaqı çərçivəsində saxlanılan aktrisanın ifadəsi yayıldı - Aylıq gəliri diqqət çəkdi

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Bunu edən müəllimləri cəza gözləyir – Cərimələnəcəklər

Ürək üçün ən faydalı üç qida

Ürək üçün ən faydalı üç qida

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu - SƏBƏB

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

Qırğızıstanda qoyun 1 milyon dollara satıldı

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

"Yeraltı"nın yeni mövsümü BU TARİXDƏ başlayır – Treyleri müzakirə yaratdı - VİDEO

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

Səyyad Aranın Teymur Musayevlə bağlı fikirlərinə Səhiyyə Nazirliyindən CAVAB

End of content

No more pages to load

RADİO