“Adam Xankəndi Universitetinə gedəndə yenidən oxumaq istəyir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində Xankəndidə digər rəsmilərlə söhbəti zamanı bildirib.
“Özü də qəbul ballarında ildən-ilə yüksəliş var. Ən çox bal yığan gənclərimiz məhz buranı seçirlər”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Bizim.Media