Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclas – Nələr müzakirə olundu? – YENİLƏNİB - FOTO

İyulun 17-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş geniş iclas keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.

İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb.

Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək.

“Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq”, - deyə Ə.Əsədov əlavə edib.
 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər planı təsdiq ediləcək, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.


Birləşmiş Millətlər Təşkilatının müvafiq tələb və tövsiyələrinə, həmçinin milli prioritetlərə əsaslanaraq təşkil ediləcək əhalinin siyahıyaalınmasının ilk dəfə rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Daha sonra Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov əhalinin siyahıyaalınmasına hazırlıq məqsədilə görüləcək işlər barədə məruzə ilə çıxış edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası istiqamətində görüləcək işlər barədə məruzə edib.

İclasa yekun vuran Baş nazir Ə.Əsədov aidiyyəti dövlət qurumlarına Prezidentin Fərmanından irəli gələn tapşırıqların, o cümlədən əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə zəruri tədbirlərin vaxtında, keyfiyyətlə və mütəşəkkil yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

*** 11:15

Nazirlər Kabinetində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclası keçirilir.

Bizim.Media xəbər verir ki, iclasda ölkədə növbəti əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri, görüləcək təşkilati tədbirlər, aidiyyəti dövlət qurumlarının üzərinə düşən vəzifələr müzakirə olunur.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir. Baş nazir görüləcək işlərlə bağlı iclas iştirakçılarına məlumat verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

End of content

No more pages to load

RADİO