Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

O bildirib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişafı üçün möhkəm əsas yaradıb.
 

Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə də Prezident Peter Pelleqrinin ölkəmizə cari rəsmi səfərinin Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ açdığını qeyd edib.


Milli Məclisin sədri Peter Pelleqrini ilə əvvəlki illərdə keçirilmiş görüşlərini məmnunluqla xatırlayıb.

O, Slovakiya Milli Şurasının sədri, daha sonra isə Slovakiyanın Baş naziri kimi Azərbaycana səfər etmiş Peter Pelleqrinin bu dəfə Slovakiya Respublikasının Prezidenti qismində ölkəmizə rəsmi səfərinin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi danışıqların ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Spiker bu səfərin Azərbaycan–Slovakiya əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Cari ilin oktyabr ayından etibarən Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılmasının xalqlar arasında əlaqələrin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaranmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın Azərbaycan–Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb.

Görüşdə parlamentlərarası dostluq qrupları arasında da əlaqələrin əhəmiyyəti vurğulanaraq, parlamentlərin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə söz açan Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Slovakiyanın Qarabağın bərpası prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib.

Peter Pelleqrini qeyd edib ki, 2018-ci ildə Slovakiyanın Baş naziri kimi Azərbaycana həyata keçirdiyi səfərdən sonra onun rəhbərlik etdiyi hökumət ölkəsinin Azərbaycanda səfirlik açması barədə qərar qəbul edib.
 

O bildirib ki, bu addım Slovakiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına verilən önəmin ifadəsi olub. Prezident Peter Pelleqrini bu gün ölkələrimiz arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.


Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirdiyi rəsmi səfərin Şuşa şəhərindən başlanmasının xüsusi rəmzi məna daşıdığını qeyd edən Prezident Peter Pelleqrini bildirib ki, Avropa İttifaqına üzv ölkənin Prezidenti qismində Şuşaya rəsmi səfər edən ilk dövlət başçısı olmaq onun üçün xüsusi qürur mənbəyidir. O, Şuşada keçirilmiş görüş və müzakirələrin, eləcə də əldə olunmuş razılaşmaların ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali qonaq Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən müsbət təəssüratlarını bölüşərək, Slovakiya şirkətlərinin bu prosesə töhfəsini və həyata keçirdikləri layihələri ölkələrimiz arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Ağdamda tikiləcək tam orta məktəbə Slovakiyanın görkəmli şəxsiyyətinin adının verilməsini qürurverici hadisə adlandıran Prezident Peter Pelleqrini bunun Slovakiya ilə Azərbaycan arasında dostluğun və qarşılıqlı hörmətin daha bir təzahürü olduğunu bildirib.

Söhbət zamanı Milli Məclisin sədri ilə müxtəlif zamanlarda keçirdiyi görüşləri məmnunluqla xatırlayan ali qonaq, parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunaraq, parlamentlərin aidiyyəti komitələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Sonda o, Milli Məclisin sədrini yenidən Slovakiyaya rəsmi səfərə dəvət edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

End of content

No more pages to load

RADİO