Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi:

- Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.

Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz görüşləri həmişə xatırlayıram. Əlbəttə, biz Sizinlə Səid Camaloviçin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu ilə dostluğunu yaxşı xatırlayırıq. Onların yaxın, səmimi münasibətləri dostluq və qardaşlıq nümunəsi idi. Azərbaycan üçün ağır zamanlarda da biz dağıstanlı qardaşlarımızın dəstəyini daim hiss edirdik.
 

Xatırlayırsınız, mən Prezident olanda Səid Camaloviç ilə dəfələrlə görüşmüşdük, bax, elə bu otaqda, mükafatlar təqdim etmişik. Bütün bunlar yaddaşımızdadır, bu, ortaq tarixdir. Bizi ortaq tariximiz və Azərbaycan ilə Dağıstanı bütövlükdə həm ümumi tarix, həm də sıx qohumluq bağları, ortaq coğrafiya və əminəm ki, ümumi gələcək birləşdirir. Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir.


Həm Səid Camaloviç, həm də onun layiqli davamçısı olan Siz xalqlarımızı daha da yaxınlaşdırmaq, ümumi təhlükəsizlik və sabitlik sisteminin vacib amili olan regionlarımızın iqtisadi inkişafına və ümumilikdə insanlar arasında münasibətlərə ardıcıl töhfə vermək üçün həmişə çox iş görmüsünüz və görürsünüz.

Ağsaqqallardan söz düşmüşkən, Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda – Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən mənim babam Əziz Əliyevi xatırlamaya bilmərəm. Bilirəm ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir.

Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub.

Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır.

Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm:

Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır.

Bu gün Sizi şəxsən təbrik etməyimə çox şadam, artıq öz təbriklərimi çatdırmışam və Sizin yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunmağınız barədə Sərəncam imzalamışam. İndi həmin ordeni Sizə şəxsən təqdim etmək istəyirəm.

X X X

Dövlətimizin başçısı ordeni Qurban Qurbanova təqdim etdi.

X X X

Qurban Qurbanov dedi: “İlham Heydər oğlu, diqqətinizdən və ilk növbədə atama, qardaşıma və indi də mənə verdiyiniz yüksək mükafatdan çox təsirləndim. Haqlı olaraq qeyd etdiyiniz kimi, Heydər Əlirza oğlu ilə Səid Camaloviç arasında olan səmimi dostluğu həmişə qiymətləndirəcək və qoruyub saxlayacağıq”.
 

Qurban Qurbanov atası ilə Ulu Öndərin səmimi münasibətlərinin Azərbaycanla Rusiya Federasiyası və Dağıstan arasında dostluğun möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını dedi. O, Dağıstanda tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsinin böyük rəğbətlə anıldığını qeyd etdi.


Qurban Qurbanov dedi: “Bilirsiniz, dağıstanlılar Əziz Əliyevi çox hörmətlə anır və xatırlayırlar. Mahaçqalada Əziz Əliyevin gözəl, yaxşı və möhtəşəm bir abidəsi var. Onun adını daşıyan çoxlu küçələr var. Bu, bir tarixdir, hamı onun haqqında həmişə açıq danışır və bununla fəxr edir”.

Qonaq özünün və atasının Ümummilli Liderlə və dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırladı. Dağıstanda Ulu Öndərin xatirəsinə daim dərin hörmətin bəslənildiyini vurğulayan Qurban Qurbanov dahi şəxsiyyətin adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışdı, bu xüsusda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının nəzdində Heydər Əliyev Mərkəzinin açılışını və bu tədbirdə Dağıstan rəhbərliyinin iştirakını qeyd etdi.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Regionda sülh artıq dönməzdir”

Prezident: “Regionda sülh artıq dönməzdir”

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

End of content

No more pages to load

RADİO