İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

"Bu münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı. Həmin danışıqlara himayədarlıq edənlərin yalnız bir məqsədi var idi - torpaqlarımızı əbədi olaraq Ermənistanın işğalı altında saxlamaq.

Sülhün təmin edilməsi və ərazilərimizin azad olunması mandatını daşıyanların məqsədi məhz bundan ibarət idi. Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdilərmi?

Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik".

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında səsləndirib.

"Danışıqlar prosesinin ilkin mərhələsində böyük ümidlərimiz var idi. Mən 2003-cü ildən Prezident kimi fəaliyyət göstərirəm və 17 il ərzində, dediyim kimi, sonradan nəticəsiz olduğu aydın olan bu danışıqlarda şəxsən iştirak etdim, sülh yolu ilə həll variantı tapmağa və böyük dövlətləri həqiqətin bizim tərəfimizdə olduğuna inandırmağa çalışdım.

Biz deyirdik: "Haqq bizim tərəfimizdədir. Biz işğala məruz qalmışıq. Xəritəyə baxın, Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdə harada yerləşdiyini görün". Bunun müqabilində isə yalnız bir cavab alırdıq: "Gedin razılaşın" birinci mesaj. İkinci mesaj: "Bu münaqişənin hərbi həlli yoxdur". Üçüncü mesaj: "Siz müharibəyə başlaya bilməzsiniz". Dördüncü mesaj: "Əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız" və bunun kimi çoxsaylı başqa mesajlar verilirdi", - deyə Prezident qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Regionda sülh artıq dönməzdir”

Prezident: “Regionda sülh artıq dönməzdir”

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

End of content

No more pages to load

RADİO