İslam İnkişaf Bankı Qrupunun sədri İlham Əliyevə təşəkkür etdi

“Zati-aliləri, cənab Prezident, iclaslarımızın keçirilməsinə göstərdiyiniz dəstəyə, eləcə də Azərbaycan hökumətinə və xalqına qonaqpərvərliyə və səmimi qarşılanmaya görə bir daha dərin minnətdarlığımı bildirmək istərdim”.

Bizim.Media xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda İİB Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı deyib.

İİB Qrupunun nailiyyətlərindən danışan Əl-Casirqeyd edib ki, təşkilat hər il təsdiqlənən maliyyələşdirmənin həcmini iki dəfədən çox artırıb:

“Belə ki, bu göstərici 2020-ci ildə 6,8 milyard dollardan 2025-ci ildə təxminən 16 milyard dollara çatıb. Eyni zamanda, faktiki ödənişlərin həcmi 7,1 milyard dollardan 11 milyard dollara yüksəlib. Lakin bildiyiniz kimi, inkişaf yalnız yatırılan milyardlarla dollarla ölçülmür.

Onun əsas meyarı insanların həyatında baş verən dəyişikliklər və yenidən doğan ümiddir. Son beş il ərzində həmkarlarım və mən İİB Qrupunun üzv ölkələrimiz üçün əhəmiyyətini artırmaq, institusional idarəetməni gücləndirmək və qrupun uzunmüddətli dayanıqlığını təmin etmək üçün yorulmadan çalışmışıq.
 

Biz əvvəlki strategiyaya düzəlişlər etdik, tərəfdaşlıqlara yeni impuls verdik və İslam İnkişaf Bankı Qrupunun dünyanın aparıcı çoxtərəfli inkişaf bankları arasında mövqeyini gücləndirdik. Bundan əlavə, biz 2026–2035-ci illəri əhatə edən, özünəməxsusluq, həmrəylik və gələcək nəsillərin rifahı prinsiplərinə əsaslanan onillik strateji çərçivə proqramını işə saldıq.


Bu uzunmüddətli baxış artıq həm bankın, həm də qrup strukturlarının yeni beşillik korporativ strategiyaları vasitəsilə praktiki mərhələyə keçirilir. Bu strategiyalar 2026–2030-cu illər üçün iddialı kurs müəyyən edir və onların icrasına hazırkı toplantılar başa çatdıqdan dərhal sonra başlanılacaq”.

Əl-Casir həmçinin İİB-nin Güzəştli Fondunun (IsDB Concessional Fund) əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, fond artıq fəaliyyətə başlayıb və ən həssas ölkələrə aktual inkişaf çağırışlarının həllində kömək etməklə yüksək sosial-iqtisadi təsirə malik yeni nəsil layihələri dəstəkləyir.

“Bizim yanaşmamız ölkələrin özləri tərəfindən formalaşdırılan həllərə əsaslanacaq, investisiyalar isə üzv dövlətlərin prioritetlərinə və inkişaf məqsədlərinə uyğun olacaq. Kursumuz aydındır: miqyası təmin etmək, keyfiyyəti təmin etmək və vahid qrup kimi fəaliyyət göstərmək.

Lakin heç bir təşkilat, strategiyası və baxışı nə qədər güclü olsa da, onun missiyasını hər gün həyata keçirən insanların fədakarlığı olmadan əhəmiyyətli nəticə əldə edə bilməz. Qeyri-müəyyənlik, parçalanma və həssaslığın artması ilə xarakterizə olunan dünyada həmrəylik artıq seçim deyil, zərurətə çevrilib”, - deyə o əlavə edib. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

End of content

No more pages to load

RADİO