Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür.

Bizim.Media xatırladır ki, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan bu sənəd təkcə iki dövlətin siyasi iradəsinin ifadəsi deyil, həm də regionda sülhün, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm strateji yol xəritəsidir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyatdan enerji və nəqliyyat sahəsinə, humanitar əməkdaşlıqdan informasiya siyasətinə qədər geniş istiqamətləri əhatə edir.

Burada əsas məqsəd ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı deyil, iki dövlətin strateji maraqlarının vahid baxış əsasında uzlaşdırılmasıdır.

Bəyannamənin mühüm cəhətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlığın yeni səviyyədə təsbit olunmasıdır. Bununla yanaşı, sənəd iqtisadi və geoiqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Son onilliklərdə Bakı ilə Ankara arasında həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə regionun deyil, daha geniş coğrafiyanın inkişafına təsir göstərib. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın yeni mərhələsinin siyasi təməlini formalaşdırıb.
 

Bəyannamədə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, media və diaspor fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalara da yer verilib.


Şuşa Bəyannaməsinin imzalanmasından ötən müddətdə sənədin müddəaları real nəticələrlə öz təsdiqini tapıb. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlərin intensivləşməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət və qarşılıqlı siyasi dəstək bu sənədin praktik əhəmiyyətini nümayiş etdirir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirən sənəd olmaqla yanaşı, regionda formalaşan yeni əməkdaşlıq mühitinin, sabitlik və inkişaf strategiyasının mühüm sütunlarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

End of content

No more pages to load

RADİO