“Ukraynadan Moldovaya keçən Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün iş aparılır”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Onun sözlərinə görə, həmin vətəndaşların hava yolu, yaxud avtobuslarla Azərbaycana gətirilməsi üzərində araşdırma aparılır:
"Ukraynadakı hadisələrlə bağlı Moldovada da xüsusi rejim tətbiq olunub, ilkin olaraq hava əlaqəsini dayandırıblar. Ukraynadan Moldovaya keçən vətəndaşlarımızın oradan Azərbaycana necə, hansı yollarla gətirilməsi imkanları araşdırılır. Bu barədə sonra əlavə məlumat veriləcək”.
Bizim.Media