Heydər Əliyev və Azərbaycançılıq ideologiyası - FOTOLAR

Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirildi
 
Martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirildi.
 
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  bildirdi  ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində silsilə tədbirlərimiz davam edir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi, eyni zamanda, 18 müddəanı özündə əks etdirən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətinin daha dərindən  təhlilinə,  indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Zaman keçdikcə  ulu öndər Heydər Əliyevin yaratdığı irsin, ideyalarının bəhrəsini daha yaxından görür, tarixi paralellər fonunda dahi şəxsiyyətin müstəqil Azərbaycan naminə etdiklərinin miqyasının ölçüyəgəlməzliyini böyük qürurla qeyd edirik. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqaməti  uğurlarla  o qədər zəngindir  ki, bütün bunları bir tədbirdə əhatə etmək qeyri-mümkündür. Yeni Azərbaycan Partiyası Xətai  rayon təşkilatı bu baxımdan  “Heydər Əliyev İli” çərçivəsində keçirdiyi silsilə tədbirlərdə  Ümummilli Liderin ayrı-ayrı sahələr üzrə titanik fəaliyyətinin təhlilinə xüsusi diqqət göstərir.  Bugünkü tədbirimiz Heydər Əliyev dərsləri çərçivəsində Onun əsasını qoyduğu Azərbaycançılıq ideologiyasına həsr edilib.
 
Vüqar Rəhimzadə qeyd etdi ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilir. Dahi şəxsiyyət hər  bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi.  Bu çağırışı etdi ki, Vətən birdir və hamımız bu Vətən üçün çalışmalıyıq.
 
YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Azərbaycanın ən çətin günlərində xalqının səsinə səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya-Azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində  mühüm addım oldu. Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini daha da möhkəmləndirdi. 
 
Vüqar Rəhimzadə onu da qeyd etdi ki, son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi istiqamətində atılan addımlarda, qəbul edilən qərarlarda öz aydın ifadəsini tapdı. Dünyaya səs salan tarixi Zəfərimizdə bu birliyimiz öz sözünü dedi. Tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən  Azərbaycan xalqının torpaq, Vətən sevgisi beynəlxalq səviyyədə də etiraf edildi.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov Azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən geniş bəhs etdi. Bu ideologiyanın müəllifi olan ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, tarixinin, ədəbiyyatının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlardan geniş bəhs etdi. Bu mühüm məqam xüsusi vurğulandı ki, hakimiyyətinin birinci dövründə Ulu Öndərin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan  biri azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün  gərəkli ixtisaslara yiyələnmək üçün  keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə  göndərmək  təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması oldu. Bu yolla Azərbaycanın  elm və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi  dəyərlərinin təbliği də həyata keçirilirdi. Bir mühüm məqamda qeyd edildi ki, həmin illərdə ölkəmizdəki intibahı şərtləndirən  amillərdən biri  gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur.  Milli hərbi kadrların hazırlanması da  xalqın müstəqil gələcəyini düşünən  ulu öndər Heydər Əliyev üçün  böyük əhəmiyyətli məsələ idi. 
 
Hüseyn Əsgərov qeyd etdi ki, Azərbaycançılıq ideologiyasının inkişafı hər bir vətəndaşın torpaq, Vətən sevgisindən, milli-mənəvi dəyərlərə, tarixinə, dilinə bağlılığından irəli gəlir. Hər birimiz öz ana dilimizi sevməli, inkişaf etdirməliyik. Hər bir xalqı dünyada tanıdan onun dilidir. Əbəs yerə deyilmir ki, bir xalqı, milləti  məhv etmək istəyirsənsə onun dilini əlindən al. Ulu öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinin diqqətdə olması üçün göstərdiyi səylərə diqqət yetirsək görərik ki, məhz Onun qətiyyəti sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi mühüm qərarların qəbulunda əhəmiyyətli rol oynadı. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalandı.
 
Milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin təbliğində, daha dərindən öyrənilməsində təhsilin rolunu xüsusi qeyd edən Hüseyn Əsgərov bildirdi ki, Azərbaycan dövləti təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirləri görür. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil Azərbaycanda dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, təhsil hər bir dövlətin gələcəyidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar kimi yetişsinlər. Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq.  Əgər inkişaf etmiş ölkələrin tarixinə və bugününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyat, sənaye, ümumiyyətlə, bütün sahələr üçün çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə də, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır. 
 
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Azərbaycanın  dünya birliyində artan rolundan, Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsindən danışdı. Bildirdi ki, bu gün qürurla qeyd edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Rafiq İsayev onu da qeyd etdi ki,    gənc nəslin vətənpərvər, milli ruhda böyüməsi hər zaman prioritetdir. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. 44 günlük İkinci Qarabağ müharibəsi həm Azərbaycan gəncinin torpaq, Vətən sevgisinin, həm də elmi–texniki tərəqqinin təqdimatı oldu. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Azərbaycanda elmin, təhsilin, yeni texnologiyaların inkişafına verilən önəm hər bir sahənin inkişafına öz müsbət təsirini göstərir. Bu gün Azərbaycan  ən güclü, qüdrətli, qalib ölkə kimi dünyanın diqqətindədir. Bu uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Dahi rəhbərin hakimiyyətinin hər iki dövründə yaratdığı möhkəm təməl uğurlarımızın davamlılığında stimulverici amildir.
 
Tədbirdə çıxış edən məktəblilər  Heydər Əliyev dərsləri çərçivəsində belə görüşlərin davamlı olmasını arzuladılar.  Bildirildi ki, Heydər Əliyev dərsləri çərçivəsində söylənilən fikirlərin, müzakirələrin təməlində  Prezident İlham Əliyevin  “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi” çağırışı dayandı. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

End of content

No more pages to load

RADİO