Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı yeni risklər artır. Gübrə təchizatında mümkün çatışmazlıq, enerji qiymətlərinin yüksək qalması və güclü El Niño hava hadisəsi gələn il qlobal ərzaq bazarında ciddi problemlərə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, JPMorgan analitikləri 2027-ci ildə ərzaq inflyasiyasının sürətlənməsi və bəzi regionlarda ərzaq təchizatının təzyiq altında qalması ilə bağlı xəbərdarlıq ediblər.
 

Bankın təhlilinə görə, xüsusilə azot əsaslı gübrələrin təchizatında yaranan problemlər kənd təsərrüfatı istehsalına birbaşa təsir göstərə bilər. Bunun əsas səbəblərindən biri gübrə istehsalının enerji, xüsusilə də təbii qazla sıx bağlı olmasıdır.


JPMorgan bildirir ki, dünyada istifadə olunan karbamidin əhəmiyyətli hissəsi Fars körfəzi regionundan idxal edilir. İran ətrafındakı münaqişə və regionda nəqliyyat marşrutlarının pozulması isə gübrələrin istehsalı və daşınmasına əlavə risklər yaradır.

Məsələni daha da mürəkkəbləşdirən amil isə El Ninyo hava hadisəsidir. JPMorgan-ın hesablamalarına əsasən, hazırkı El Ninyo hadisəsinin ilin sonuna qədər “çox güclü” və ya “super El Niño” səviyyəsinə çatma ehtimalı 81 faizdir. Şərtlərin gələn il də davam etməsi ehtimalı isə 97 faiz qiymətləndirilib.

Gübrə kənd təsərrüfatında məhsuldarlığın əsas amillərindən biridir. Xüsusilə azot gübrələrinin vaxtında torpağa verilməsi məhsulun həcminə ciddi təsir göstərir.
 

JPMorgan qeyd edir ki, azot gübrəsi istehsalında yaranan fasilənin təsiri dərhal deyil, əkin mövsümündən sonra daha aydın görünə bilər. Fermerlər gübrə bahalaşdığı üçün ondan daha az istifadə etsələr, məhsuldarlıq aşağı düşə və nəticədə bazara çıxarılan ərzağın həcmi azala bilər. Bu isə taxıl, düyü, qarğıdalı və digər əsas kənd təsərrüfatı məhsullarının qiymətlərinə əlavə təzyiq yarada bilər.


JPMorgan-ın hesablamasına görə, güclü El Niño ilə enerji qiymətlərinin eyni vaxtda yüksək qalması qlobal ərzaq inflyasiyasına 1,3-1,5 faiz bəndi əlavə təzyiq göstərə bilər. Bank 2027-ci ilin ilk yarısında qlobal ərzaq inflyasiyasının illikləşdirilmiş tempinin təxminən 5 faizə yüksələ biləcəyini proqnozlaşdırır.

Analitiklərə görə, ərzağın istehlak səbətində daha böyük paya malik olduğu inkişaf etməkdə olan ölkələr risklərə daha həssasdır. Xüsusilə Hindistan, İndoneziya, Braziliya və Kolumbiya həm gübrə, həm də hava şəraiti ilə bağlı risklər baxımından diqqət çəkir.
 

Bununla belə, JPMorgan vəziyyətin avtomatik olaraq qlobal ərzaq qıtlığına çevriləcəyini bildirmir. Bank qeyd edir ki, hazırda qlobal taxıl ehtiyatları əvvəlki böyük böhran dövrləri ilə müqayisədə daha əlverişli vəziyyətdədir və Asiyada düyü ehtiyatları da nisbətən yüksəkdir.


Yəni əsas təhlükə gübrə çatışmazlığı, enerji böhranı və ekstremal hava şəraitinin eyni vaxtda baş verməsidir. Bu ssenari reallaşarsa, təsir yalnız kənd təsərrüfatı ilə məhdudlaşmaya, ərzaq qiymətlərindən tutmuş qlobal inflyasiyaya qədər genişlənə bilər. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

End of content

No more pages to load

RADİO