Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda ağır cinayət hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən həyət evlərindən birində cinayət hadisəsi baş verib.
 

1974-cü il təvəllüdlü Gülarə Quliyeva 21 dəfə bıçaqlanaraq qətlə yetirilib, daha sonra isə onun yaşadığı ev yandırılıb. Cinayəti törətməkdə şübhəli bilinən G.Quliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu 1962-ci il təvəllüdlü Heydər Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi açılaraq, istintaq aparılır.

Məsələ ilə bağlı “milli.az”a açıqlama verən Gülarə Quliyevanın qızı Aydan Quliyeva bildirib ki, anası və Heydər Qarayevin 2018-ci ildən münasibətləri olub. O və qardaşı bu münasibətə qarşı olub, çünki H.Qarayev daim analarına şiddət göstərib və onu övladları ilə əlaqə saxlamağa qoymayıb.

"Heydər Qarayevin bundan əvvəl bir rəsmi və bir qeyri-rəsmi nikahı olub və bu münasibətlərindən övladları da var. Hətta H.Qarayev aliment verməmək üçün özünə "dəlilik kağızı" da düzəltdirib"
 

A.Quliyevanın sözlərinə görə, hadisənin baş verdiyi ev isə anası Gülarə Quliyevaya məxsus olub. Evin yerləşdiyi torpaq sahəsi 2012-ci ildə alınıb və G.Quliyeva 2020-ci ildən həmin torpaq sahəsində tikdirdiyi evdə yaşayıb.


"Hazırda iş üzrə istintaq gedir, Heydər Qarayev isə hadisəni guya anlaqsız vəziyyət törətməsini əsas gətirir və psixi durumunun yerində olmadığını iddia edir. Bununla da o həbsdən yayınaraq, psixatriya mərkəzində qalmaq istəyir. Bütün qonşular onun anama qarşı amansız rəftarını bilib, evi də izi itirmək üçün yandırıb. Belə dəhşətli cinayəti törədən şəxsin layiqli cəza almasını istəyirik". (milli.az)







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

End of content

No more pages to load

RADİO