Egey dənizində yerləşən Yunanıstanın Sifnos adasında helikopter qəzaya uğrayıb.
Bizim.Media “Pontiki” nəşrinə istinadla xəbər verir ki, qəza nəticəsində yeni evlənən cütlük və pilot həlak olub.
Məlumata görə, helikopter yerli vaxtla saat 18:00-dan sonra monastırın yaxınlığında qəzaya uğrayıb.
Nəşr qeyd edir ki, hava gəmisinin göyərtəsində olan gənc cütlük Böyük Britaniya vətəndaşları olub. Helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb və alovlanıb. İlkin ehtimallara görə, qəzaya texniki nasazlıq səbəb olub.
Bizim.Media