“ABŞ-ı vururuq” deyib Naxçıvan məktəbini hədəf ALMAQ – Uşaq qatili olan MOLLA REJİMİ

Xəbər verdiyimiz kimi, Naxçıvan İran tərəfindən PUA hücumuna məruz qalıb. İrandan atılan dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Molla rejimi iç üzünü GÖSTƏRDİ – Naxçıvana hücum – VİDEO


Nəticədə Hava Limanının binasına zərər dəyib və dörd nəfər mülki şəxs xəsarət alıb.

Baş verən hadisə təbii ki, hiddət doğurur.

Çünki molla rejimi Naxçıvanda mülki əhalini, xüsusilə də uşaqları hədəf aldı.

Əslində molla rejiminin uşaqları hədəfə alması təsadüf deyil. Bu siyasət rejimin mahiyyətinin göstəricisidir. Rejimin hakimiyyətdə olduğu 47 il müddətində dəfələrlə sübut olunub ki, rəsmi İranın xarici və daxili siyasətində insan amili, insan faktoru heç bir əhəmiyyət daşımır. Öz bədnam məqsədləri üçün rejim lazım gələndə körpə qatili də ola bilir.

Birinci Qarabağ savaşında İran dövlət olaraq Ermənistanın azərbaycanlılara qarşı törətdikləri soyqırımını nəinki pisləyib, əksinə uşaq qatili olan Ermənistana hərbi-iqtisadi dəstək göstərib. Azərbaycanı sözdə din qardaşı adlandırsa da, reallıqda İran xristian Ermənistanla strateji müttəfiq olub. Bütün qonşu dövlətlər Ermənistanla əlaqəni kəsəndə İran Ermənistan üçün nəfəslik, nicat qapısı olub.

Bədnam siyasət bu gün də davam edir...

Nəzərə alaq ki, Ermənistanda ABŞ-ın və Avropa İttifaqının hərbi bazaları var. Bu gün İranla müharibə aparan ABŞ-dır. Eyni zamanda, İranın hücumlarını zərərsizləşdirən Fransa, Böyük Britaniya kimi Avropa dövlətləridir.
 

Ona görə də gözləmək olardı ki, İran ABŞ və Aİ-nin Ermənistandakı hərbi obyektlərini hədəfə alacaq. Amma hər şey gözləntilərin əksinə oldu. Molla rejimi Ermənistanı yox, Azərbaycana hücum elədi.


Bu da bir daha sübut edir ki, adı İslam dövləti olsa da İran dövlətinin İslamla, insanlıqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.Bu rejim insanlığın, körpələrin düşmənidir. Belə olmasa idi Naxçıvandakı məktəb hədəf seçilməzdi.

Möcüzə nəticəsində naxçıvanlı məktəblilər arasında ölüm hadisəsi olmayıb. Lakin hücum faciə ilə də nəticələnə, onlarla şagird PUA hücumunun qurbanına çevrilə bilərdi.


Ona görə də hücum nəticəsində mülki əhali arasında insan itkisinin olmaması rəsmi Tehranı məsuliyyətdən qurtarmır.

Uşaqları hədəf almaq – İran rejiminin əsl siması

Bir daha xatırladırıq ki, Azərbaycan bu müharibədə tərəf deyil. Üstəlik ölkəmizdə nəinki ABŞ və İsrailin, heç bir xarici ölkənin hərbi bazası yoxdur.

Tərəf olan ölkələrin hərbi bazaları Ermənistandadır. Ona görə də İranın yeni dini lideri də, prezidenti də eynəklərini silib PUA-ların hara atıldığına diqqətlə baxmalıdırlar. Naxçıvandakı məktəblilər İran üçün heç zaman təhlükə mənbəyi olmayıb və olmayacaq da.

Amma Ermənistandakı xarici hərbi bazalar təkcə İran üçün yox, bütün region üçün təhlükə mənbəyidir. Məhz bu səbəbdən molla rejimi hərbçilərə göstəriş verəndə bir daha düşünsələr, yaxşı olardı. Bu ən azından onların həqiqi İslam dövləti olmasına zərrə qədər ümid yaradardı.
 

Amma “ABŞ-ı, İsraili vururam” deyərək müsəlman uşaqları hədəfə qoymaq İran dövlətinə nəinki başucalığı gətirmir, həm də rejimin İslam dəyərlərindən çox-çox uzaq olduğunu göstərir.


Xatırladaq ki, hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında isə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

End of content

No more pages to load

RADİO