Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir.

Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, "Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu addımlar ardıcıl olaraq atılır:

“Ordunun yeni silah növləri və texnika ilə təmin olunması günün tələblərinə uyğun olaraq həyata keçirilir. Buna uyğun olaraq da kadrların yetişdirilməsi, peşəkar ordunun formalaşdırılmasına zərurət yaranıb. Ona görə də hərbi xidmətlə bağlı olan üç qanunda dəyişiklik edilməsi, xüsusən də hərbçilərin sosial təminat məsələlərinin daha da gücləndirilməsi nəzərdə tutulur”.

Komitə sədri hesab edir ki, indi də olmasa, gələcəkdə müxtəlif qanunlar qəbul olunmalıdır:

“Bilisiniz ki, dünyanın bir çox ölkəsində ordu NATO standartlarına uyğunlaşdırılır. Azərbaycan da NATO ilə əməkdaşlıq edir, ölkəmizin hərbçiləri alyansın 400-dən artıq proqramında iştirak edib. Bunun nəticəsi olaraq, ordu strukturunun da NATO standartlarına cavab verən struktura çevirilməsi istiqamətində addımları atılır.

Artıq zamanı çatıb, müəyyən məsələlərə diqqət yetirilməlidir. Vaxtilə torpaqlarımızın 20 faizi işğal altında idi, ona görə də biz ümumi səfərbərlikdən, ümumi hərbi çağırışdan istifadə edirdik. Digər alternativ xidmətlərlə bağlı bizdə müvafiq qərarlar yoxdur.

Hesab edirəm ki, orduda üç əsas yanaşma: ümumi çağırış, alternativ hərbi xidmət və alternativ xidmət olmalıdır. Hərdən alternativ hərbi xidmətlə alternativ xidməti qarışdırırlar, bunlar tamam başqa-başqa şeylərdir. Bu üçünə keçid artıq baş verməlidir. Hazırda müqavilə əsasında peşəkar ordunun yaradılması, komando və xüsusi təyinatlılarla bağlı bu addımlar atılır. Biz tədricən alternativ hərbi xidmətə keçməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

End of content

No more pages to load

RADİO