Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

20 Yanvar və Moskva prospekti ərazilərində "manatlıq taksi" kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində, xüsusilə Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar ciddi nəqliyyat problemi ilə üzləşiblər.
 

Bizim.Media APA TV-yə istinadən xəbər verir ki, vətəndaşlar bildiriblər ki, pik saatlarda avtobusların sayı və hərəkət intervalı da tələbatı qarşılamır.

Nəticədə insanlar işə və evə getmək üçün saatlarla yolda qalırlar.

"20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Avtobuslara da minmək olmur. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur".

Mütəxəssislər bildirirlər ki, sözügedən istiqamətdə digər nəqliyyat növlərinin sərnişindaşımaya daha çox cəlb edilməsi zəruridir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasına daxil olan ən böyük yaşayış məntəqələrindəndir və bu ərazilərdə sərnişindaşımada yalnız avtobuslara güvənmək doğru deyil.

"Dəmiryolu nəqliyyatının daha intensiv fəaliyyəti təmin edilməlidir. Bu istiqamətdə dövlət proqramında müvafiq qərarlar var. Onların icrası daha da sürətləndirilməlidir. Birinci mərhələdə mövcud hərəkət tərkibi ilə daha intensiv hərəkət təmin edilməlidir. İkinci mərhələdə isə hərəkətin intensivliyini artırmaq üçün yeni qatarların alınması və vağzal ətrafında multimodal qovşaqların yaradılması nəzərdə tutulmalıdır. Sərnişinlərin vağzala rahat gəlməsi, dəmir yoluna keçidi, əks istiqamətdə isə dəmir yolundan avtobuslara maneəsiz keçidi təmin olunmalıdır.

Düşünürəm ki, bu məsələyə diqqətimizi artırsaq, Bakı, Sumqayıt və Xırdalan arasında ən qısa marşrutla, yerüstü metro funksiyasını daşıya biləcək dəmir yolu vasitəsilə sərnişindaşıma problemini həll edə bilərik".

Bəs alternativ nəqliyyat imkanları tam formalaşmadan "manatlıq taksi"lərin fəaliyyətinin dayandırılmasının səbəbi nədir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşıma ilə məşğul olmaq üçün mütləq buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

"İcazələr AYNA tərəfindən yeddi il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur. Daşıyıcılar sifarişli daşımaları həyata keçirərkən elektron sistemdən istifadə etməklə formaları doldurmalıdırlar. İcazə olmadan sərnişindaşıma fəaliyyəti göstərmək isə inzibati məsuliyyət yaradır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO