Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Azərbaycanda kiçik biznes qurmaq istəyənlər üçün fəaliyyət sahəsinin düzgün seçilməsi əsas məsələlərdən biridir. Xüsusilə ilkin mərhələdə daha az xərc tələb edən, gündəlik tələbatın olduğu və məhsulların daha sürətli satıldığı sahələrə üstünlük verilməsi biznesin maliyyə dayanıqlığı baxımından əhəmiyyət daşıyır.

Bəs kiçik biznes qurmaq istəyənlər hansı sahələrə üstünlük verməlidirlər və biznesin uğurlu olması üçün hansı amillər nəzərə alınmalıdır?

Bizim.Media
xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlamasında iqtisadçı Kənan Quluzadə bildirib ki, kiçik biznesə başlamaq istəyənlər üçün təkcə Azərbaycanda deyil, bütün dünyada qəbul olunmuş müəyyən prinsiplər var.

Onun sözlərinə görə, kiçik biznesə başlayan şəxslər daha az xərc tələb edən və iqtisadiyyatda likvid, yəni daha tez satılan məhsullara üstünlük verməlidirlər:

"Burada müxtəlif qida məhsulları, iaşə sahəsinə aid məhsullar, gündəlik tələbat malları və ya onlayn satış vasitəsilə nisbətən ucuz qiymətə təklif olunan məhsullar ola bilər. Çünki biznesin ilkin mərhələsində əsas məqsədlərdən biri dövriyyənin sürətini qorumaqdır. Sahibkarın əlində olan vəsait uzun müddət məhsul şəklində qalarsa və həmin məhsul gec satılarsa, bu, onun maliyyə imkanlarını məhdudlaşdıra bilər.

Buna görə də ilkin mərhələdə uzunmüddətli dövriyyə tələb edən biznes modellərinə daxil olmaq müəyyən risklər yarada bilər. Daha çox kiçik həcmli, gündəlik tələbat olan və aktiv dövriyyəyə malik məhsullara üstünlük vermək məqsədəuyğundur. Bu zaman məhsulun marjasına da diqqət yetirmək lazımdır. Marjanın nisbətən aşağı olması qısamüddətli və sürətli dövriyyə şəraitində ciddi problem yaratmaya bilər.

Əsas məsələ məhsulun tez satılması və vəsaitin yenidən dövriyyəyə qaytarılmasıdır. Bununla yanaşı, bazarı düzgün araşdırmaq və istehlakçının real tələbatını müəyyənləşdirmək çox vacibdir. Sahibkar hansı məhsula tələbat olduğunu, rəqiblərin vəziyyətini, qiymətləri və potensial müştərilərin alıcılıq qabiliyyətini əvvəlcədən araşdırmalıdır. Məhsul seçimi düzgün aparılmadıqda, satışın uzun müddət gözlənilməsi kiçik biznes üçün əlavə maliyyə yükü yarada bilər.

Xüsusilə biznesə yeni başlayan şəxslər böyük məbləğdə vəsaiti uzun müddət dövriyyədən kənarda saxlamamalıdırlar. Çünki kiçik biznesdə maliyyə resurslarının məhdud olması sahibkarı mümkün risklər qarşısında daha həssas vəziyyətə gətirə bilər. Uzunmüddətli satış və zəif dövriyyə isə nəticədə biznesin zərərlə işləməsinə, hətta qısa müddətdə fəaliyyətini dayandırmasına səbəb ola bilər. Ona görə də kiçik biznesə başlayarkən ilk mərhələdə əsas diqqət məhsulun bazardakı tələbatına, satış sürətinə, xərclərin düzgün hesablanmasına və vəsaitin dövriyyədə saxlanmasına yönəldilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

End of content

No more pages to load

RADİO