İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
 

Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.


Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz fəal işbirliyi təqdirəlayiqdir.

Bu yaxınlarda Münxendə Sizinlə görüşümüzü və Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivlərinə dair apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, mövcud imkanlardan yararlanaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bolqarıstan xalqına daim rifah və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

Bəhlul Mustafazadənin zədəsi ilə bağlı "Qarabağ"dan AÇIQLAMA

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

İsmayıllıda suda boğulan gəncin meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Şəkidə evdən gənc oğlanın meyiti tapıldı

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

Venesuelada qadın dağıntıların altında uşaq dünyaya gətirdi

Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi

Mirzə Mirzəyev BDU-ya prorektor təyin edildi

Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI

Ceyhun Bayramov Antonio Tayani ilə DANIŞDI

PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO

PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO

Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik etdi - FOTO

Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik etdi - FOTO

İsmayıllıda 23 yaşlı gənc suda batıb

İsmayıllıda 23 yaşlı gənc suda batıb

Onlar da Vətən üçün döyüşüb... - Qarabağın qəhrəman QADINLARI

Onlar da Vətən üçün döyüşüb... - Qarabağın qəhrəman QADINLARI

Yaponiyada növbəti güclü zəlzələ olub

Yaponiyada növbəti güclü zəlzələ olub

Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib -FOTO

Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib -FOTO

Rusiyadan vətəndaşlarına - Bu ölkəyə getməyin!

Rusiyadan vətəndaşlarına - Bu ölkəyə getməyin!

Fransada ilk Ebola virusu halı qeydə alınıb - FOTO

Fransada ilk Ebola virusu halı qeydə alınıb - FOTO

Alimlər AÇIQLADI - Yemək bişirmək beyni sağlam saxlayır

Alimlər AÇIQLADI - Yemək bişirmək beyni sağlam saxlayır

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Venesueladakı zəlzələdə ölənlərin sayı 600-ə çatdı

Venesueladakı zəlzələdə ölənlərin sayı 600-ə çatdı

Moskvada DƏHŞƏT - Soyuducuda beş insan başı tapıldı

Moskvada DƏHŞƏT - Soyuducuda beş insan başı tapıldı

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

End of content

No more pages to load

RADİO