Prezidentdən yerli və xarici investorlara MÜRACİƏT: “Bu sahəyə investisiya qoysunlar” 

"Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq göstərirlər. Bu marağı biz yaratmışıq". 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident AZƏRTAC-a müsahibə verdi - FOTO


"Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar.

Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “Acwa Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidr.

Hazırda bp şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir günəş elektrik stansiyasının inşası ilə bağlı, hər iki layihə haradasa 400-450 meqavat gücündədir. Üstəlik 240 meqavat qeyd etdiyim kimi “Acwa Power”, ondan sonra Xudafərin və Qız qalası su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək.

Azərenerjinin özünün 50 meqavatlı külək elektrik stansiyası var, ondan sonra azad edilmiş torpaqlarda keçən il Güləbird, Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu və bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşası və artıq inşaatının tamamlanması nəzərdə tutulur. 

Orada da haradasa 25-30 meqavat gücündə bu stansiyalar olacaq və əlavə azad edilmiş torpaqlarda 30-a yaxın ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyalarının tikintisi mümkündür və olacaq və mən fürsətdən istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək istəyirəm.

Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar və əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və digər azad edilmiş torpaqlarda.

Mən bu rəqəmləri gətirmişdim 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq və ən böyük bizim potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hal-hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır.

Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensial 150 min meqavatdan çoxdur.

Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq. Daxili tələbatı təbii ki, ödəmisik, ödəyəcəyik, ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji bağlantıları var, yeni bir layihə üzərində biz indi işləyirik", - Prezident vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

End of content

No more pages to load

RADİO