Rusiyanın Cənubi Qafqaz və Orta Asiyaya yönəlmiş HİYLƏGƏR PLANI

Rusiya 2026-cı ilin aprel ayından etibarən postsovet ölkələrinin vətəndaşları üçün “istedad vizası” adlandırılan yeni bir miqrasiya mexanizmi tətbiq etməyə hazırlaşır. Proqram elm, idman, incəsənət və digər sahələrdə fərqlənən gənclərin Rusiyaya cəlb olunmasını hədəfləyir. Proqram çərçivəsində seçilmiş şəxslərə uzunmüddətli yaşayış və işləmək imkanı verilir, müraciət prosedurları sadələşdirilir və bəzi hallarda dil tələbləri arxa plana keçirilir.

Ekspertlər bu addımı Rusiyanın kadr çatışmazlığı problemlərinin yüksək şəkildə həlli kimi qiymətləndirir.
 

MÖVZU İLƏ BAĞLI:

Aİ miqrasiya siyasətini SƏRTLƏŞDİRDİ


Başqa sözlə, “istedad vizası” təşəbbüsü postsovet məkanında yüksək ixtisaslı kadrlar uğrunda rəqabətin yeni mərhələyə keçdiyi deməkdir. Məlum məsələdir ki, keyfiyyətli təhsil, karyera perspektivi, yaradıcılıq və elmi fəaliyyət üçün real imkanlar və dövrlə ayaqlaşan qonorar olmasa, istedadlı şəxsləri ölkədə saxlamaq mümkün deyil. Bunu əsas tutan, daha doğrusu bu fürsətdən istifadə edən Rusiya həmin narazı gənclərə “qucaq açmaq” fikrindədir. Təbii ki, belə qərarlar kütləvi miqrasiyanı yox, seçilmiş və ixtisaslı kadrların köçünü stimullaşdırır.

Lakin bu təşəbbüs region ölkələri, xüsusilə də Azərbaycan üçün potensial “beyin axını” risklərini yenidən gündəmə gətirir. Narahatlığa əsas varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Azər Allahverənovun sözlərinə görə, Rusiya hələ pandemiya dönəmində bəyan etmişdi ki, miqrasiya siyasətində yeniliklər olacaq:

“Başlıca məqsəd qanunsuz miqrasiyanın qarşısının alınması və effektiv miqrasiya sisteminin yaradılması kimi izah olunurdu. Amma əsas niyyət miqrasiya prosesini çox faydalı etmək idi. Bir tərəfdən əməkçi miqrantlarla bağlı qanunlar sərtləşdirdi, bir sıra yeni qanun qüvvəyə mindi. Bu da Rusiyanı işçi miqrantlar üçün cəlbedici etmədi. Hazırda statistik göstəricələr kəskin düşüb. Əgər vaxtilə ilk üçlükdə Mərkəzi Asiya dövlətlərindən gələn miqrantlar idisə, indi onlar da 10-15 il bundan əvvəlki kimi Rusiyanın əmək bazarlarında işləməkdə israrlı deyillər”.

Millət vəkili diqqətə çatdırdı ki, Rusiya bu vəziyyəti öz xeyrinə dəyərləndirir və boşluğu yüksək ixtisaslı miqrantlarla doldurmağa çalışır.

“İstedad vizası vasitəsilə vaxtilə özünün yaşadığı “beyin axını”nı əvəzləməyə çalışır. Xüsusən də 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra minlərlə yüksək ixtisaslı, istedadlı şəxs Rusiyanı tərk edib, xarici ölkələrə yerləşdi. Təkcə İT sahəsində 1 ildə 150000-ə qədər  mütəxəssis ölkədən getdi. Ona görə də Rusiya düşünür ki, əgər bu prosesin qarşısını ala bilməyəcəksə, o zaman öz ölkəsinə intelektual köçə şərait yaratsın. Bunu da müxtəlif şirnikləndirici proqramlar vasitəsilə edir ki, “istedad vizası” onlardan biridir”.  

Rusiyanın bu hiyləgər niyyətinin nə dərəcədə uğurlu olacağına gəlincə...

A.Allahverənov vurğulayıb ki, lokal dərəcədə müsbət nəticələr əldə oluna bilər, amma qlobal səviyyədə  intelektual boşluğun doldurulmasında uğurlu görünmür. Şübhəsiz ki, “istedad vizası”ndan yararlanmaq istəyənlər olacaq, amma kütləvi axın gözlənilmir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan üçün də müəyyən mənada risk faktoru ola bilər.

“Hazırda Azərbaycan gənclərinin daha çox Avropa ölkələrinə meyl etdiyini nəzərə alsaq, Rusiyaya geniş köç ehtimal edilmir. Bu gün gənclərimiz daha çox Türkiyədən başlayaraq Avropa ölkələrinə təhsil üçün üstünlük verirlər. Eləcə də orada əmək fəaliyyəti ilə məşğul olub, qalmaq istəyirlər. Rusiya azərbaycanlıların daha çox ticarət məqsədilə seçdiyi ölkə olub, istedadlı gənclər isə öz potensialını qərb ölkələrində realizə etməyi düşünürlər”. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vuruldu

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vuruldu

Marsda gözlənilməz kəşf - FOTO

Marsda gözlənilməz kəşf - FOTO

Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama

Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

Üçüncü ixtisas qrupunda ayrılan plan yerlərinin SAYI AÇIQLANDI

Üçüncü ixtisas qrupunda ayrılan plan yerlərinin SAYI AÇIQLANDI

Zaur-Günay cütlüyünün romantik anları diqqət çəkdi - (Video)

Zaur-Günay cütlüyünün romantik anları diqqət çəkdi - (Video)

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Dilarə Əliyeva nəvəsinə ad günü etdi -Fotolar

Dilarə Əliyeva nəvəsinə ad günü etdi -Fotolar

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək

Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək

Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü- Video

Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü- Video

Paltaryuyan maşına niyə sirkə tökmək lazımdır?

Paltaryuyan maşına niyə sirkə tökmək lazımdır?

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur – TARİX AÇIQLANDI

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur – TARİX AÇIQLANDI

Erməni lobbisi konqresmen Şermanı necə satın aldı? – Gizli maliyyə sxeminin PƏRDƏARXASI

Erməni lobbisi konqresmen Şermanı necə satın aldı? – Gizli maliyyə sxeminin PƏRDƏARXASI

İranlı keçmiş səfir: Xəzərin 50 faizi İrana məxsus olmayıb

İranlı keçmiş səfir: Xəzərin 50 faizi İrana məxsus olmayıb

Gündə yarım litr portağal şirəsi orqanizmdə nəyi dəyişir? – Alimlər 60 günlük nəticələri açıqladı

Gündə yarım litr portağal şirəsi orqanizmdə nəyi dəyişir? – Alimlər 60 günlük nəticələri açıqladı

Erməni lobbisinin ruporu, yoxsa Rusiyanın maraqlarına xidmət edən konqresmen? – Bred Şermanın QARANLIQ DOSYESİ

Erməni lobbisinin ruporu, yoxsa Rusiyanın maraqlarına xidmət edən konqresmen? – Bred Şermanın QARANLIQ DOSYESİ

Ağdamda da yanğın başladı– VİDEO

Ağdamda da yanğın başladı– VİDEO

Ən güclü rəqabətin olduğu İXTİSAS QRUPU – “300 baldan aşağı toplayanlar...”

Ən güclü rəqabətin olduğu İXTİSAS QRUPU – “300 baldan aşağı toplayanlar...”

Avropada ən çox qələbə qazananlar- “Sabah” lider, “Qarabağ” 3-cüdür

Avropada ən çox qələbə qazananlar- “Sabah” lider, “Qarabağ” 3-cüdür

Həkim sevdası bitmədi: "Ela”nın yeni EŞQİ – FOTO

Həkim sevdası bitmədi: "Ela”nın yeni EŞQİ – FOTO

Sükan arxasında səhhəti pisləşdi, qəza törətdi – Anbaan görüntülər

Sükan arxasında səhhəti pisləşdi, qəza törətdi – Anbaan görüntülər

DSX-də generalların yeri dəyişdi- Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

DSX-də generalların yeri dəyişdi- Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

End of content

No more pages to load

RADİO