Oktyabrın 1-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində bir kişi yaralanıb və üç rayonda dağıntılar qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti (FHDX) məlumat yayıb.
Açıqlamada deyilir: "Oktyabrın 1-nə keçən gecə Rusiya hücumu nəticəsində bir kişi xəsarət alıb".
Zərbənin nəticələri Solomensk rayonunda qeydə alınıb. Orada 16 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın baş verib.
Həmçinin park edilmiş avtomobillər də yanıb. Yanğın 80 kvadratmetr ərazidə söndürülüb.
Eyni zamanda, Obolonsk rayonundakı anbar binasında irimiqyaslı yanğın baş verib. Yanğın artıq söndürülüb.
FHDX qeyd edib ki, "bir yaralı şəxs tibb işçilərinə təhvil verilib".
Bundan əlavə, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Peçersk rayonunda açıq əraziyə dağıntı hissələri düşüb.




Bizim.Media