Betsi Berns Korn İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Betsi Berns Korn Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi.

Betsi Berns Korn ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.

O, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ Prezidentinin göstərdiyi səyləri xüsusi vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxundu. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.
 

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu dedi.


Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edildi, digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin inkişafından məmnunluq bildirildi, Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, onların Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin genişlənməsində rolu vurğulandı.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Dövlət qurumları ilə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”

İlham Əliyev: “Dövlət qurumları ilə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Bakıda kişi küçədə VƏFAT ETDİ

Bakıda kişi küçədə VƏFAT ETDİ

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

End of content

No more pages to load

RADİO