Bütöv Azərbaycanın ilk seçkisi – İlham Əliyev iki ildə nəyə nail oldu?

İki il öncə bu gün məmləkətdə keçirilən müstəqillik dövrünün 9-cu, növbədənkənar mahiyyətli isə 4-cü prezident seçkisinin daha vacib bir əhəmiyyəti var idi.

Bu, bütöv Azərbaycanın ilk seçkisi idi…



Xankəndili, Ağdarəli, Şuşalı, Ağdamlı, Xocalılı… - bütöv, bütün, tam Azərbaycanın ilk seçkisi...

Pirallahıdan Zabuxa, Astaradan Kəlbəcərə, Qusardan Cəbrayıla, Naxçıvandan Laçına, Zaqataladan Xocavəndədək hər yerdə insanlar seçki məntəqələrinə axışırdı…

Xankəndidə üç ay öncə keçirtdiyi Zəfər Paradı ilə separatizmin kökünü birdəfəlik kəsən Ali Müzəffər Güc isə bu dəfə Xankəndidəki seçki məntəqəsində artıq sabahın, gələcəyin aydın mesajlarını verirdi…
 

İki əsrlik münaqişəyə, üç onillik savaşa son qoymaqla Azərbaycan tarixinin zirvə məqamına yerləşən İlham Əliyev həm də son onilliklərdə heç bir dövlətə qismət olmayan nailiyyətin - ərazi bütövlüyünü kənar qüvvənin yardımı olmadan təmin edən qlobal miqyaslı liderə çevrilmişdi. Yəni, lokal zəfər qlobal uğurlarla müşayiət olunmuşdu.


Bu situasiya Azərbaycanda sosial-iqtisadi inkişaf modelindən təhlükəsizlik sisteminədək, müasir islahatlar kursundan yeni xarici siyasətədək dövlət quruculuğunun bütün sahələrində yeni reallıqlar yaratmış, yeni çağırışlar ortaya qoymuşdu.



İlham Əliyevin və onun şəxsində Azərbaycanın artıq lokal və qlobal səciyyə daşıyan zərurətlər kontekstində dövlətçilik tarixində tam yeni bir mərhələyə başlaması vacib sayılırdı. Prezidentin savaşda qazandığı Zəfər mandatını ümummilli etimadla möhkəmləndirməsi önəmli idi.
 

Bu baxımdan son prezident seçiklərinə sıradan bir siyasi aksiya kimi yanaşmaq yanlış olardı. Onun mahiyyətində dövlətin və millətin sabahı ilə bağlı olan əlahiddə məqamlar, yeni intibah, zəfər yolunun aydın məramları, ən əsası isə məhz Azərbaycanın özü, taleyi, dövlətçiliyi dayanırdı.


Əslində, Azərbaycan vətəndaşı da 7 fevral seçkisinə təkcə Prezident seçkisi kimi yanaşmırdı. Bu, həm də müəyyən mənada ümumxalq referendumu idi. Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyev missiyasına xalqın növbəti etimad səsverməsi idi. Eyni zamanda xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirən seçki idi.

Növbəti islahatlar kursunu, yeni tarixi dövrün başlanğıcını bəyan edən və gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan İlham Əliyevin siyasətinə xalqın güvən səviyyəsini dəqiqləşdirən rəsmi rəy sorğusu idi.



Bu, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda İlham Əliyevin fəaliyyəti sayəsində zəfər qazanan, normal yaşayış, güzəran quran, daha xoş sabahına əmin olan, özünə və dövlətinə güvənən milyonların öz xilaskarlarına minnətdarlıq, inam aksiyası idi. Bu, özünü siyasi səhnədə hərdən büruzə verən xaos, böhran kabusuna, onun daşıyıcılarına və xarici havadarlarına xalqın sonuncu qətiyyətli "yox"u idi…

Məmləkətin dörd bir yanından seçki məntəqələrinə axışan insanların kütləviliyinin rəqəm göstəricisi nə qədər böyük olsa da, onun mənəvi mahiyyəti qarşısında çox kiçik görünürdü. Ötən 30 il ərzində bütün seçkilərə "Azad Qarabağ" duası ilə qatılan 1 milyona yaxın həmvətənlimiz bu dəfəki seçkiyə artıq "məcburi köçkün" statusundan qurtulmağın qüruru, sevinci və minnətdarlığı ilə gedirdi.

10 milyonluq yurdun 60 milyonluq həmvətən qəlbi həmin gün Azərbaycanla döyünürdü, Azərbaycan üçün döyünürdü...

Xalq tarixin ən möhtəşəm Azərbaycanını yaradan İlham Əliyevə qarşıdakı 7 il üçün xeyir-duasını, dəstəyini verdi. Prezident 20 il ərzində Azərbaycana sədaqətlə xidmət etdi və qarşıdakı dövrdə ölkəyə rəhbərlik etmək haqqını da halallıqla qazandı.

Məhz bu gücü ilə İlham Əliyev artıq dünya gündəminə daha əzəmətli ümummilli dəstəklə, daha böyük etimadla, Bütöv Azərbaycanla qədəm qoydu - və zəfərlərini daha böyük qələbələr əvəzlədi!
 

«İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq» - İlham Əliyev inaqurasiya mərasimində fəaliyyət prioritetlərindən danışarkən, bəyan etdiyi bu mesajın nəticələrini keçən dövrün demək olar ki, hər ayında real nümunələrlə gördük. Ötən iki il Azərbaycan tarixinin ən mühüm proseslərinin gerçəkləşdiyi, uzun onillikllər üzərində hazırlıq gedən planların bəhrə verdiyi məsuliyyətli dövr oldu.


İstədiyi xarici ölkə prezidentini yataq otağından aparmaq gücündə olan, elə Azərbaycanın da onillər boyu ən böyük problemlərinin yaradıcısı olan dünyanın ən qüdrətli fövqəldövləti ölkəmizin ən yaxın tərəfdaşlarından birinə çevrildi. Tramp İlham Əliyevi şəxsi dostu elan etdi, ona qüdrətli lider kimi hörmət bəslədiyini söylədi, onun bütün təşəbüsslərinə dərhal dəstək verdi.

Azərbaycan Prezidentinin savaş zəfərini və sülh kursunu Ağ Evdə rəsmiləşdirdi, İlham Əliyevin ən böyük hədəflərindən olan Zəngəzur dəhlizini reallığa çevirdi.



Rusiya Prezidenti dövlətinin səhvi üçün İlham Əliyevə üzrxahlığını bildirdi...

İran etdiyi davamlı yanlışlara, vətəndaşlarımıza qarşı terrora görə İlham Əliyevdən üzr istədi…

Fransa Prezidenti İlham Əliyevə münasibətləri yenidən qurmaq xahişini etdi…

Avropa liderləri enerji təminatının davamlılığı üçün İlham Əliyevə minnətçi düşdülər…

Ərəb ölkələri ən ali mükafatları ilə İlham Əliyevi təltif etdilər…

Dənizaşırı ölkələrdə müstəmləçiliyə qarşı mitinqlərdə səmimi hamiləri İlham Əliyevin şəkilləri bayraq əvəzi ucaldıldı…

Mərkəzi Asiya dövlətlərinin ABŞ və Qərb ölkələri ilə, Türkiyənin İsraillə əməkdaşlıq əlaqələrinin yaradılmasında, Suriyanın və Fələstinin yenidən qurulma prosesində İlham Əliyev uğurlu vasitəçilik etdi...

Qarabağ, Şərqi Zəngəzur Qafqazın ən böyük tikinti meydanına çevrildi, burada məskunlaşan, işləyən insanların sayı artıq onminlərlə ölçülməyə başladı…

Dörd bir yanımız alov içində yananda, yeni savaşlar üçün sınaq meydanına çevriləndə İlham Əliyev Qafqazı sülh məkanına çevirdi…
 

Onillərin dost dövlətləri, xalqları bir anda düşmən olub, münaqişəyə başlayanda, İlham Əliyev erməni xalqını yanacaqla, taxılla təmin etdi, əsrlər boyu saxta iddialarla ağlını, reallığı itirmiş bu qaraguruh toplumu “Dəmir yumruğ”un sülh həqiqətləri ilə islah etməyə başladı…


Fəqət İlham Əliyev separatçılara, əli məzlumların qanına batmış cinayətkarlara böyük xarici təsirlərə baxmayaraq əsla güzəştə getmədi, Azərbaycan dövləti adından onlara ən sərt cəzanın verilməsini elə iki gün öncə təmin etdi...

Ən əsası isə Azərbaycan insanı… Onun sabaha inamı, ümidi daha da artdı...

Cəmiyyəti narahat edən qayğılar, nöqsanlar yetərincədir. Lakin Prezident adının ən ali platformalarda hörmətlə çəkilməsinin qüruru, yeni dünya düzəninin formalaşmasında Azərbaycan imzasının ilk sətirlərdə həkk olunmasının məğrurluğu, məmləkətin qüdrət sevinci bu çətinliklərin, problemlərin aradan qalxacağına əminlik yaradır…



Bu əminliyin bir təzahürü də dövlət aparatında islahatlar kursuna uyğunlaşa bilməyən, korrupsiyaya bulaşmış, yeniliyə qarşı çıxanlara qarşı Prezidentin qətiyyətli savaşıdır…

Yeni mərhələnin geridə qalan iki ili qarşıdakı dövrün daha möhtəşəm nailiyyətlərlə müşayiət olunacağına təminat verir. Bu yolu da uğurla gedəcəyimizə əsla şübhə yoxdur.

Çünki dövlət və onun sükanı etibarlı əllərdədir…



İxtiyar Hüseynli, əməkdar jurnalist

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda bu avtobuslar yenilənir

Bakıda bu avtobuslar yenilənir

Liderlərin səmimi görüşündən FOTOLAR

Liderlərin səmimi görüşündən FOTOLAR

Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq

Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq

Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Sara Əzimovanın yerinə təyin edilən Rəmzi Tahirlinin DOSYESİ

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Trampdan İsrailə Livanla bağlı QADAĞA: "Bəsdirin daha!"

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Kafe və restoranlara xərclənən PULLAR – BU İL

Həcc ziyarəti üçün YERLƏR DOLDU

Həcc ziyarəti üçün YERLƏR DOLDU

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

DİN yanında İctimai Şuranın İCLASI: 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib - FOTO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Yasamalda TƏLİM: Yanğınsöndürən maşın həyətə girə bilmədi - FOTO - VİDEO

Tehranda ZƏLZƏLƏ OLDU

Tehranda ZƏLZƏLƏ OLDU

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Tramp İrana təşəkkür etdi – FOTO

Tramp İrana təşəkkür etdi – FOTO

Neft kəskin UCUZLAŞDI

Neft kəskin UCUZLAŞDI

Boşanıb türbə ziyarətinə getdi

Boşanıb türbə ziyarətinə getdi

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Emin Əmrullayev Qusarda vətəndaşlarla görüşdü - FOTO

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

Buraxılış imtahanında üç nəfər maksimum BAL TOPLADI – ADLAR

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

11 illik buraxılış imtahanının nəticələri AÇIQLANDI

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTIB

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Hidayət Heydərov Avropa çempionatında gümüş medal QAZANDI

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada 4 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO