Azərbaycanın sülh formulu: Qlobal sabitliyə töhfə verən liderə BEYNƏLXALQ EHTİRAM

Son illər Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən bir yol keçdi. Ölkəmiz eyni tarixi mərhələdə həm döyüş meydanında qəti və mütləq qələbə qazanan, həm də bu qələbəni hüquqi-siyasi müstəvidə davamlı sülh modelinə çevirə bilən azsaylı aktorlardan biri kimi adını tarixə yazdırdı. Bu yanaşma Azərbaycanın regional güc statusu ilə kifayətlənmədiyini, eyni zamanda qlobal sülh və təhlükəsizlik gündəliyində məsuliyyətli rol oynadığını nümayiş etdirir.

Bu strateji kursun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi xüsusi əhəmiyyət daşıyır. Bu təltif Dövlətimizin başçısının seçdiyi güc, hüquq və sülh balansına əsaslanan inkişaf modelinin qlobal miqyasda qəbul edildiyini göstərən mühüm siyasi mesajdır.

Qələbədən sonra başlayan yeni mərhələ

Tarixi təcrübə sübut edir ki, müharibədə qalib gəlmək yekun nəticə deyil. Ən çətin mərhələ məhz qələbədən sonra – onun hüquqi, siyasi və institusional çərçivədə möhkəmləndirilməsi prosesində başlayır. 1945-ci ildən bəri çox az sayda münaqişə real qalib anlayışı ilə nəticələnib.

Qarabağ münaqişəsinin həlli isə bu baxımdan müasir dövr üçün istisna təşkil edir.

2020-ci ilin payızında başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini praktik reallığa çevirdi. Uzun illər kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qərarları faktiki icra olundu və Azərbaycan analoqu olmayan, tam hərbi-siyasi Zəfər qazandı.
 

Sonrakı mərhələdə həyata keçirilən lokal əməliyyatlar və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri isə dövlətin suverenlik məsələsində kompromisə getməyəcəyini açıq şəkildə göstərdi. Qısa zaman kəsiyində həyata keçirilən bu proses nəticəsində separatçı strukturlar ləğv edildi, qondarma rejim tarixə qovuşdu.


Ən diqqətçəkən məqam ondan ibarət oldu ki, bütün bu addımlar hüquqi prosedurlar çərçivəsində reallaşdırıldı. Müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması güc tətbiqinin hüququn aliliyi ilə balanslaşdırıldığını nümayiş etdirdi və Azərbaycanın dövlət idarəçiliyində sivil modelə sadiqliyini təsdiqlədi.

Əbu-Dabi görüşü və Vaşinqton anlaşmaları

2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar münaqişənin siyasi baxımdan sona çatm mərhələsi kimi tarixə düşdü. Vaşinqton görüşündən əvvəl son razılıq isə məhz Əbu-Dabi görüşündə əldə olunmuşdu. Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxış edərkən bu məqamı xüsusi vurğulayıb:
 

“Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir”.


Vaşinqtonda sülh sənədinin paraflanması onilliklər boyu davam edən qarşıdurmaya beynəlxalq legitimlik çərçivəsində nöqtə qoydu. Bu, Azərbaycanın təkcə hərbi deyil, diplomatik müstəvidə də təşəbbüsü əlində saxladığını bir daha sübut etdi.

Mühüm məqam ondan ibarət idi ki, Bakı qalib tərəf kimi təcrid siyasətini deyil, region üçün açıq və inklüziv əməkdaşlıq modelini seçdi. Bu yanaşma postmünaqişə mərhələsində məsuliyyətli liderliyin nümunəsi oldu.

Müharibədən inkişaf mərhələsinə keçid

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan postmünaqişə strategiyası müharibə nəticələrini uzunmüddətli inkişaf resursuna çevirməyi hədəflədi. “Böyük Qayıdış” proqramı, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, yeni nəqliyyat və logistika xətləri bu baxışın praktik təzahürləridir.

Bundan əlavə, Azərbaycan regionda iqtisadi əməkdaşlıqların qurulmasında da tarixi addımlar atıb. Dövlətimizin başçısı çıxışında bu məqama da diqqət çəkib:

“Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk”.

İlham Əliyevin yaratdığı model göstərdi ki, liderlik təkcə güc tətbiqi ilə ölçülmür. Əsl liderlik sülhü institusionallaşdırmaq, təhlükəsizliyi dayanıqlı inkişafla sintez etmək bacarığıdır.

Şeyx Zayed irsi və qlobal qiymətləndirmə

Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın ideyalarına əsaslanaraq təsis edilib və Papa Fransisklə Əl-Əzhər Böyük İmamının dəstəyi ilə qlobal sülh, tolerantlıq və dialoq dəyərlərini təşviq edən nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu mükafat humanitar və sülh yönümlü təltiflər arasında xüsusi çəkisi ilə seçilir.

Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi isə təkcə Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması ilə bağlı deyil. Bu mükafat həm də İlham Əliyevin şəxsən qlobal miqyasda sülhə və qlobal sabitliyə verdiyi töhfələrə verilən qiymətin, ehtiramın göstəricisidir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik zəkasının və sülh naminə nümayiş etdirdiyi qətiyyətin dünya miqyasında tanındığını təsdiqləyir. Təltif Azərbaycanın dialoqa açıq, humanitar dəyərlərə söykənən və sülhə sadiq dövlət imicini daha da möhkəmləndirir, eyni zamanda Dövlətimizin başçısının qlobal liderlik mövqeyini daha da gücləndirir.

Ən ali qiymət: Xalqın etimadı

Bununla belə, Prezident İlham Əliyev üçün ən böyük dəyər beynəlxalq mükafatlar deyil, Azərbaycan xalqının göstərdiyi siyasi və mənəvi etimaddır. Dövlətimizin başçısı xalq tərəfindən Xilaskar Lider, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan kimi qəbul olunur. Dövlətin qarşısında duran ən mürəkkəb tarixi və strateji vəzifələrin öhdəsindən uğurla gəlmiş Prezident İlham Əliyev bu gün də ölkəmizi inamla gələcəyə aparan güclü siyasi liderdir.

Ümumilikdə isə Azərbaycanın son illərdə keçdiyi yol göstərdi ki, beynəlxalq hüququn bərpası yalnız bəyanatlarla deyil, iradə, strateji baxış və ardıcıl fəaliyyətlə mümkündür. İlham Əliyevin liderliyi ilə əldə edilən qələbə sülhə çevrildi, sülh isə qlobal səviyyədə tanındı.

Bu mənada “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin simasında Azərbaycanın seçdiyi yolun – gücdən doğan məsuliyyətin, ədalətdən formalaşan sülhün və sülhdən yaranan humanizmin beynəlxalq miqyasda təntənəsi kimi qiymətləndirilə bilər.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Dövlət qurumları ilə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”

İlham Əliyev: “Dövlət qurumları ilə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Bakıda kişi küçədə VƏFAT ETDİ

Bakıda kişi küçədə VƏFAT ETDİ

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

End of content

No more pages to load

RADİO