Prezident Ballıcada yeni müəssisənin AÇILIŞDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Accurate Az” MMC-nin təsisçisi İlkin Abuşov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirib ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.

Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Bütün bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatın inkişafını, həmçinin əhalinin məşğulluğunun artırılmasını təmin edir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

Türkiyəli məşhur aktrisa hər kəsi heyran etdi - FOTO

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO