Rusiyanın Ulyanovsk vilayətində iki təlim təyyarəsi magistral yola təcili eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı yazıb.
İnsident Karsun qəsəbəsi yaxınlığında baş verib. Pilotlardan birinin səhhətinin qəfil pisləşməsi nəticəsində hər iki yüngül mühərrikli tədris təyyarəsi avtomobil yoluna enməyə məcbur qalıb.
İlkin məlumatlara görə, qəza zamanı xəsarət alan olmayıb.
Bizim.Media