Türkiyədə, İzmirin şəhərinin Torbalı rayonunda metal zavodlarından birində baş verən güclü partlayış nəticəsində yeddi nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hələlik partlayışın səbəbi bəlli deyil.
Hadisə yerinə dərhal yanğınsöndürənlər, təcili tibbi yardım və jandarm qüvvələri göndərilib.
İlkin məlumatlara görə, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar təcili yardım maşınları vasitəsilə müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Bizim.Media