Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin “Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabının 5-ci nəşri tezliklə rus dilində işıq üzü görəcək.
Bu barədə Bizim.Media-ya müəllif özü məlumat verib.
Məlumata görə, kitab QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin xeyir-duası ilə nəşr edilib.
Bundan əvvəl kitab 4 dəfə Azərbaycan dilində nəşr olunaraq Qurani-Kərimi oxumağı öyrənmək istəyənlərə təmənnasız paylanıb.
Kitab Qurani-Kərimi oxumağı ötrəyməklə yanaşı, Təcvid elminin (Quranı düzgün oxuma) təməl qaydalarını öyrənmək istəyənlər üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Dərslər sadədən mürəkkəbə doğru sistematik şəkildə, anlaşılan dildə tərtib olunub və bütün yaş qrupları üçün uyğun hazırlanıb.
Bizim.Media