İlham Əliyev Makronun müşavirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırıb və Fransanın Avropa İttifaqına sədrliyinin uğurla həyata keçiriləcəyinə və səmərəli olacağına ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı ötən il dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev Fransa və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu formatda baş tutan görüşü yüksək qiymətləndirərək bunun Brüsseldə müzakirə olunan sülh gündəliyinin inkişaf etdirilməsi üçün müsbət imkanlar yaratdığını vurğulayıb.

Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon Azərbaycan xalqı üçün 20 Yanvar Hüzn Günündə nümayəndə heyətini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

O, Avropa İttifaqının sədri qismində Fransadan və Avropa İttifaqından olan nümayəndələrlə birlikdə bu səfəri həyata keçirdiklərini qeyd edib.

İzabel Dümon bu səfərin dekabrın 15-də Brüsseldə keçirilən müsbət görüşlərin davamı olaraq müzakirələrin aparılması məqsədi daşıdığını vurğulayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, regiona səfərin vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşdə regionda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sihirli Annem"in "Toprak"ı evlilik təklifi aldı – FOTO

"Sihirli Annem"in "Toprak"ı evlilik təklifi aldı – FOTO

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Şəmkirdən Kiyevə uzanan YOL – Kiyev vilayətinin qubernatoru təyin olunan Teymur kimdir? – DOSYE

Şəmkirdən Kiyevə uzanan YOL – Kiyev vilayətinin qubernatoru təyin olunan Teymur kimdir? – DOSYE

Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

2-ci kurs tələbəsi vəfat etdi

2-ci kurs tələbəsi vəfat etdi

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

Haluk Levent 20 illik vəkilini də aldadıbmış: Şok mesajlar ortaya çıxdı – FOTO

Haluk Levent 20 illik vəkilini də aldadıbmış: Şok mesajlar ortaya çıxdı – FOTO

Dənizdə batan 17 yaşlı Arzunun– Fotosu

Dənizdə batan 17 yaşlı Arzunun– Fotosu

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

İnsan ömrünün son həddi açıqlandı

İnsan ömrünün son həddi açıqlandı

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

End of content

No more pages to load

RADİO