Şəmkirdən Kiyevə uzanan YOL – Kiyev vilayətinin qubernatoru təyin olunan Teymur kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycanəsilli ukraynalı dövlət xadimi Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) iyulun 22-də Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri (qubernatoru) təyin olunub.

Bizim.Media onun dosyesini təqdim edir:

Şəmkirdə Kiyevə uzanan yol

1989-cu il avqustun 18-də Kiyevdə anadan olan Tkaçenkonun ailə kökləri Azərbaycana – Şəmkir rayonuna gedib çıxır. Atası Firudin Məmmədov Ukraynadakı Azərbaycan diasporunun tanınmış və fəal nümayəndələrindən olub.

Ukraynada yaşayan tanınmış azərbaycanlı VƏFAT ETDİ

1956-cı ildən Ukraynada yaşayan Firudin Məmmədov dünyasını dəyişdiyi 2023-cü ilə qədər diaspor fəaliyyətində aktiv iştirak edib. O həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi idi.

Teymur Tkaçenkonun təhsili və ilk əmək fəaliyyəti

Ali təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetində alan Teymur Tkaçenko əvvəlcə beynəlxalq iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi qazanıb. Sonradan isə həmin ali məktəbdə hüquqşünaslıq üzrə ikinci ali təhsil alıb. Beləliklə, o, dövlət idarəçiliyində həm iqtisadi, həm də hüquqi biliklərə malik kadr kimi formalaşıb.

Onun dövlət qulluğundakı fəaliyyəti 2012-ci ildə "Solomyanka-Servis" kommunal müəssisəsində birinci dərəcəli mütəxəssis kimi başlayıb. Elə həmin il Ukrayna Ali Radasında "UDAR" Partiyasını təmsil edən deputatın köməkçisi vəzifəsinə keçərək iki il parlamentdə çalışıb. Bu mərhələ Tkaçenkonun siyasi və inzibati idarəçilik təcrübəsinin formalaşmasında mühüm rol oynayıb.

Dövlət qulluğunda yüksəliş

2014-cü ildə "Zovnıştorqvıdav Ukrainı" dövlət müəssisəsində məsul katib vəzifəsini icra etdikdən sonra fəaliyyətini Kiyev şəhərinin kommunal təsərrüfatı və infrastrukturunun idarə olunması sahəsində davam etdirib.

2015–2016-cı illərdə "Kyivblahoustriy" kommunal müəssisəsində şöbə müdiri, 2016–2017-ci illərdə isə paytaxtın sahil zonalarının inkişafına cavabdeh olan "Pleso" kommunal müəssisəsinin rəhbəri olub.

2018-ci ildə Qolosivski Rayon Dövlət Administrasiyasının aparat rəhbəri təyin edilən Tkaçenko bir il sonra Darnitski Rayon Dövlət Administrasiyası sədrinin müavini vəzifəsinə yüksəlib. 2020-ci ildən isə Kiyev Şəhər Dövlət Administrasiyasının Şəhər Abadlaşdırma Departamenti direktorunun birinci müavini kimi paytaxtın şəhərsalma və abadlıq siyasətinin həyata keçirilməsində iştirak edib.

2023-cü il onun karyerasında yeni mərhələnin başlanğıcı oldu.

Avqustun 15-də Ukrayna Prezidentinin fərmanı ilə Strateji Sənaye Məsələləri nazirinin müavini təyin edilən Tkaçenko müdafiə sənayesi və strateji istehsal sahələrinin koordinasiyasında iştirak edib. 2024-cü il sentyabrın 27-də isə Ukraynanın İcmaların və Ərazilərin İnkişafı nazirinin müavini vəzifəsinə gətirilib.

Həmin ilin noyabrında daha bir mühüm vəzifə ona həvalə olunub. 25 noyabr 2024-cü ildən etibarən Ukraynanın milli poçt operatoru olan "Ukrpoçt"un Müşahidə Şurasına sədrlik edir.

The Kyiv Regional State Administration has a new head: The Cabinet of  Ministers has approved the personnel decision - Komersant Ukrainian

Tkaçenkonun siyasi karyerasında ən mühüm dönüş nöqtələrindən biri 31 dekabr 2024-cü ildə baş verib. Ukrayna Prezidentinin fərmanı ilə o, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri təyin olunub. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi mürəkkəb şəraitdə paytaxtın təhlükəsizliyi, mülki müdafiəsi və şəhərin fasiləsiz fəaliyyətinin təmin edilməsi kimi strateji vəzifələr onun məsuliyyətinə daxil idi. O, 2026-cı il iyulun 16-da bu vəzifədən azad edildi.

Cəmi bir neçə gün sonra – 22 iyul 2026-cı ildə Teymur Tkaçenko Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsinə təyin olundu. O hazırda Ukraynanın paytaxt regionunun mülki idarəçiliyinə cavabdehdir.

Soydaşımız dövlət qulluğu ilə yanaşı, ictimai fəaliyyətlə də məşğuldur. O, 2017-ci ildə yaradılan "Friendly People" xeyriyyə təşkilatının həmtəsisçilərindən biridir və müxtəlif sosial-humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Sabah leysan olacaq, güclü külək əsəcək – PROQNOZ

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Ələsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Sabirabadda əsaslı təmir işləri aparılan yolda SON VƏZİYYƏT

Azərbaycanda pul bazası ARTIB

Azərbaycanda pul bazası ARTIB

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Sumqayıt məktəbində zəhərlənən şagirdlərin sayı 21-ə ÇATDI - VİDEO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Akademiyaya yeni prorektor TƏYİN OLUNDU - FOTO

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

“Şagirdlərdən biri evdən şokolad gətirib və sinif yoldaşlarına paylayıb” – Direktor müavini DANIŞDI - FOTO

End of content

No more pages to load

RADİO