“Dövlət tərəfindən yaradılan şərait faydasını vermədi” - Deputat

Prezident İlham Əliyev "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

Belə ki, müvafiq dəyişikliklə pay torpağına sahib şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və onlara minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Bundan başqa, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

Maraqlıdır, sözügedən dəyişiklik bölgələrdə işsizlik probleminin həlli üçün nə qədər effektiv ola bilər?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev torpaqdan istifadənin infilyasiyaya ciddi mənada əks təsir göstərəcəyini və ərzaq məhsullarının qiymətinin ucuzlaşa biləcəyini deyib:

"Biz qida təhlükəsizliyi ilə əlaqədardır ki, çoxdandır addımlar atırıq. Əsas problem regionda yaşayan insanların pay torpaqlarında, xüsusilə həyətyanı sahələrdə işləməyə həvəsinin olmaması idi. Bəzi insanlarda kənd təsərrüfatında işləmək məsələsinə qarşı ətalət var. Bu da müəyyən problemlər yaradır. Biz gözləyirdik ki, pay torpaqlarının verilməsi ilə bu problemin həlli mümkün olacaq. Əfsuslar olsun ki, dövlət tərəfindən yaradılan şərait faydasını vermədi və regionlarda yaşayan insanların kənd təsərrüfatına marağı artmadı. Həmin torpaqlardan istifadə sosial problemlərin, işsizliyin həlli üçün müsbət hal olardı.
 

Bundan başqa bu, infilyasiyanın belini qıra bilərdi və bolluq nəticəsində məhsulların qiyməti daha aşağı olardı. Ona görə son addımı xüsusilə dəstəkləyirəm. Düşünürəm ki, insanların bununla torpaqla işləmək həvəsi daha da artacaq”.  


Deputat regionlarda kənd təsərrüfatı mütəxəsisslərinin çatışmadığını, paytaxtda isə adi işlərə üz tutaraq insanların az qazandığını bildirib:

"Əfsuslar olsun ki, bu problem tək Azərbaycana  məxsus deyil. Belə ki, bütün dünyada mövcud urbanizasiya məsələsi də bu problemin kökündə dayanır. Belə ki, şəhərdə iş tapmaq daha rahatdır, qazanc yüksəkdir və komfort həyat var. Bu səbəblə bölgələrdən Bakıya köç məsələsinə maraq yaranır. Lakin bizdə son iki ildə vəziyyət bir qədər dəyişib, yəni insanlar mərkəzi şəhərlərdən regionlara, rayonlara qayıdır.
 

Paytaxt Bakıda infrastruktur gücü 2-3 milyona yaxın insan üçün yetərlidir, amma indi Bakıda 4 milyona yaxın insan yaşayır. Bu da sosial və digər məsələlərdə mənfi hal yaradır.


İş çox olsa da adi işin də adidir -250-350 manat. Regionlarda isə kadr çatışmazlığı yaşanır, aqronom, kənd təsərrüfatı mütəxəsissləri yoxdur. Bu kimi problemlərin həllinin qarşısını almaq üçün çalışırıq və özünüməşğulluq proqramı bu istiqamətdə mühüm addımdır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 11:30-dan..

Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 11:30-dan..

8 illik düşmənçilik bitdi: Xəyanətə görə boşanan məşhur cütlük uşaqları üçün barışdı

8 illik düşmənçilik bitdi: Xəyanətə görə boşanan məşhur cütlük uşaqları üçün barışdı

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başladı

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başladı

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Binədə DƏHŞƏTLİ QƏZA – 22 nəfər xəsarət aldı

Binədə DƏHŞƏTLİ QƏZA – 22 nəfər xəsarət aldı

Şirvan sakini antibiotik iynəsindən həyatını itirdi

Şirvan sakini antibiotik iynəsindən həyatını itirdi

Dəhşətli istilər gəlir – Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Dəhşətli istilər gəlir – Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Bakıda iki avtobus TOQQUŞDU: Yaralılar var - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda iki avtobus TOQQUŞDU: Yaralılar var - Hadisə yerindən GÖRÜNTÜLƏR

Təqaüd və sosial müavinətlərlə bağlı RƏSMİ AÇIQLAMA

Təqaüd və sosial müavinətlərlə bağlı RƏSMİ AÇIQLAMA

Xalq artisti 40 il əvvəl İsa bulağında – FOTO

Xalq artisti 40 il əvvəl İsa bulağında – FOTO

"Sihirli Annem"in "Toprak"ı evlilik təklifi aldı – FOTO

"Sihirli Annem"in "Toprak"ı evlilik təklifi aldı – FOTO

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Şəmkirdən Kiyevə uzanan YOL – Kiyev vilayətinin qubernatoru təyin olunan Teymur kimdir? – DOSYE

Şəmkirdən Kiyevə uzanan YOL – Kiyev vilayətinin qubernatoru təyin olunan Teymur kimdir? – DOSYE

Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

2-ci kurs tələbəsi vəfat etdi

2-ci kurs tələbəsi vəfat etdi

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

End of content

No more pages to load

RADİO