Bakının Xəzər rayonu, Binə qəsəbəsində iki avtobus toqquşub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, qəza bu gün saat 07:40-da baş verib.
Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi "Hyundai" markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən İSUZU markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Bizim.Media