Ukrayna "Flaminqo" raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən "AVİTEK" zavodunu vurub.
Bizim.Media UNİAN-a xəbər verir ki, hücumdan sonra zavodda yanğın baş verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə "yer-hava" sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.
Bildirilir ki, zavod həmçinin "Tor" zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.
Məlumata görə, "AVİTEK" ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.
Bizim.Media