Prezident Ərdoğana məktub GÖNDƏRDİ

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident, Əziz Qardaşım, Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur.

XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir.

Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi.

Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

Əziz Qardaşım, Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq.

Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

"Belə xəbərlər mənə və ailəmə pis təsir edir" -Joni Montiel

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Rəsmi nikah yoxdursa, aliment almaq mümkündürmü? – HÜQUQİ İZAH

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

AAYDA-ya məxsus MMC ləğv olundu

AAYDA-ya məxsus MMC ləğv olundu

CHP-dən istefa verib - Yeni partiya yaratdı

CHP-dən istefa verib - Yeni partiya yaratdı

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

850 il sonra ilk dəfə - Dünya bu şəhərə axışacaq - Fotolar

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Tanınmış iş adamı oteldən yıxılaraq öldü

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

Bakıda yeni dərs ilindən iş saatı belə olacaq – TƏFƏRRÜAT

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

"Sifarişiniz gəlib", "Qazanc əldə etdiniz" kimi mesajları açmayın – XƏBƏRDARLIQ

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Bakı Qızlar Universitetindən bağlanması ilə bağlı xəbərlərə CAVAB – FOTO

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Dələduzluğa görə həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Köhnə smartfonlar hakerlərin hədəfinə çevrilir – SƏBƏB

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

Ölümcül virusla bağlı HƏYƏCAN TƏBİLİ – Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur...

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

“Moody’s” Kapital Bank-ın güclü maliyyə göstəricilərini bir daha təsdiqləyib

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

Məktəblərdə təmayül tədrisi BAŞLAYIR - Repetitorluğa son qoyulacaq?

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

ABŞ-da “Mercedes”in satışına qadağa qoyula BİLƏR

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyanın zenit raket istehsalı zavodu belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...

Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 11:30-dan..

Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 11:30-dan..

End of content

No more pages to load

RADİO